Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2527

“START” Beynəlxalq Qısa Filmlər Festivalında 100 ekran əsəri yarışacaq

Noyabrın 14-dən Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivala bu il 45 ölkədən 490 film göndərilib. Seçim komissiyasının qərarına əsasən, festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 qısametrajlı film yarışacaq.

Bu sözləri festivala həsr edilmiş mətbuat konfransında festivalın direktoru Fehruz Şamıyev deyib.

Onun sözlərinə görə, noyabrın 17-dək davam edəcək festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi də təşkilati dəstək qismində festivalda iştirak edəcəklər. Festival 35 yaşadək olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərin müsabiqəsi və nümayişini nəzərdə tutur. Kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq.

Festivalın münsiflər kürsüsündə Ayaz Salayev və Zəhra Bədəlbəyli (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran) və Tobias Büxner (Almaniya) yer alacaqlar.

Yerli müsabiqədə “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis – Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu münsiflər heyəti seçəcək. Festivalın proqramına daxil olan ən böyük tədbirlərdən biri isə dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası olacaq.

Bildirilib ki, ekran əsərləri Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrları şəbəkəsində nümayiş edilməklə saat 12.00-dan 16.00-dək izləniləcək. Ekran əsərləri Azərbaycan dilində subtitrlərlə göstəriləcək.

Bundan başqa, festival çərçivəsində 71-ci Beynəlxalq Kann Film Festivalında mükafat almış filmin ölkəmizdə premyerası da gerçəkləşəcək.

Beynəlxalq münsiflər heyətinin tərkibində iki yerli, üç əcnəbi kinematoqrafçı təmsil olunur. Həmçinin festival çərçivəsində müsabiqə proqramında filmləri nümayiş olunan 18 əcnəbi kinorejissor Bakının qonağı olacaqlar.

Festivalın qaliblərinə bu il ilk dəfə təsis olunan “Qızıl nar” mükafatı təqdim ediləcək.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı