Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1629

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu

Məlum olduğu kimi, ölkə başçısının  müvafiq  sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaqdır. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt”  lirik-psixoloji  dramını  hazırlayaraq tamaşaçıların ixtiyarına vermişdir.

İyulun 19-da teatr 50-ci mövsümünü həmin tamaşanın  premyerası  ilə  başa vurdu. Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümündə bir sıra uğurlu layihələrə imza atdı.

Bağlanış mərasimində iştirak edən ziyalıları, mətbuat nümayəndələrini, qonaqları salamlayaraq sözə başlayan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov dövlətin teatr sahəsinə dəstəyini xüsusi vurğuladı. Görülən işləri,  yaradıcılıq imkanlarının yaxşılaşdırılmasını kollektivdə ruh yüksəkliyinin artmasına rəvac verən əsas amil hesab edən direktor yubiley mövsümündə Sumqayıt teatrındakı canlanmanın  növbəti teatr mövsümündə də davam edəcəyini söylədi. Daha sonra teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov söz aldı.  Baş rejissor müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsilə  yanaşı  rəhbərliyin təbliğat yönümlü ideyalar irəli  sürərək  teatra tamaşaçı axınının güclənməsinə nail olduğunu qeyd etdi. Bildirdi ki, cari mövsümdə repertuara daxil edilən  “Tıq-tıq xanım”,  “Danışan gəlincik”, “Dəfn edilməmiş ölülər”, “Mamoy kişinin yuxuları”, “Sevgilim Sumqayıt” kimi  uğurlu tamaşaların rəğbət görməsi həyata keçirilən PR kompaniyaları ilə də bağlıdır.

Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov quruluş verilən tamaşaların, maarifləndirici proqramların, sosial layihələrin qənaətbəxş nəticələnməsində  il ərzində bizimlə əməkdaşlıq edən, teatrımızda baş verən ədəbi hadisələri KİV-də yayımlamaqda dəstəyini əsirgəməyən jurnalistlərin əməyinin əhəmiyyətini vurğuladı. Daha sonra tamaşa teatrsevərlərə təqdim edildi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib