Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1298

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış keçirilib

 Sumqayıt Dövlət Dram Teatrında  görkəmli yazar Turgut  Özakmanın  “Ocaq” əsərinə daxili baxış keçirildi. Əsərin səhnə yozumu  çox maraqla qarşılandı. Bir ailənin iztirab və  təbəddülatları konteksində cəmiyyətin  müxtəlif  sosial  və  yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin  (əməkdar artistlər Fəranə  Musayeva  və Növrəstə  Həşimova)  xidmətçi  çağırışı ilə başlayan  tamaşada  bir neçə  dəqiqədən  sonra məlum olur ki, özünü  paşa  arvadı zənn edən nənə xəyal  buludlarının üstündə qanad  çalır və hər kəs bu yalan ocağının altına köz qoymaqla  nənə  üçün oynayır.  Rejissor  əməkdar  artist  Firudin  Məhərrəmov oyun  içində oynu  məharətlə qurur. Ata (əməkdar  artist Rauf Ağakişiyev) çarəsizlik dənizində boğula-boğula  saman çöpü axtarır, amma anlaya bilmir  ki, saflığı və xəyalpərəstliyi  onu  uçuruma aparır. Əməkdar  artist  Rauf  Ağakişiyev  psixoloji  nüansları ustalıqla  təqdim edir. Ana  ( Xatirə  Süleymanova  və Sədaqət Nuriyeva ) rejissor  tərəfindən hər kəsi birləşdirməyə  çalışan , pərəm-pərəm düşmüş ailəni uçurumdan qoruyan  güclü obraz olaraq göstərilir. Böyük oğul- Nihat ( əməkdar artist Cəəlal Məmmədov ) vecsizin  biridir. Ortada yeyib qıraqda gəzir, saxta qayğıkeşliyini tez-tez  nümayiş etdirir. Ortancıl oğul- Fazil işləyir, mənəvi  və fiziki  əziyyətlərin girdabında vurnuxur, amma acı həqiqəti  söylədiyindən heç kimə  xoş gəlmir. İstedadlı  aktyorlar Oktay Mehdiyev və Habil  Xanlarov  Fazilin daxili iztirabları  ilə zahirdən acidil olmağının vəhdətindən doğan  faciəni məharətlə  tamaşaçıya çatdırır Üçüncü oğul  Özcan  da hərdəmxəyal və vecsizdir. Obrazı  canlandıran Şəmistan  Süleymanlı və Amil  rolun öhdəsindən  gəlirlər.  Evin qızı – Sevda  ( Şəhla Məmmədova  və İlahə  Səfərova)  fiziki qüsurludur. Evin sıxıntısından  bezən  qız sevgini  çöldə  arayır. Lakin yalnış seçim qızın xoşbəxtliyi  tapmasına  mane  olur.  Finalda nənə  pərdəni  açıb “paşam  gəldi”  sevinci ilə qışqırır. Bu xəbəri eşidən hər kəs sükut heykəli kimi yerində donur.  Məhz burda  quruluşçu rejissor – Firudin  müəllimin rejissor traktovkası  bəlli  olur. Ümüdsüz olmayın,  ümüdsüz yaşamaq  düzgün  deyil. Və “hər  gecənin bir  sabahı, hər qaranlığın bir işiğı  var”  mesaji  verilir.

  Ümumiyyətlə  tamaşa  çox  uğurlu  alınıb. Bu  uğurda rejissor  ideyasından  tutmuş  quruluşçu  rəssamın,  musiqi tərtibatçısının  işinə,  aktyorların  oyun  tərzinə  qədər  hər  kəsin  payı  var. Hər  bir aktyor  maraqlı  çalarlarla öz obrazının portret  cizgilərini tamamlaya  bilib.  Elə  daxili  baxışdan  sonrakı müzakirədə  çıxış edənlər  də  bu  cəhətləri xüsusilə  qeyd etdilər.

Qeyd  edək  ki, əməkdar  artist Firudin Məhərrəmovun  quruluşunda “Ocaq”  tamaşası  yeni  mövsümdə  tamaşaçılara  nümayiş  etdiriləcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi