Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1951

Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib

Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında 2016-cı il Aprel döyüşlərində şəhid olmuş manqa komandiri Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir və xatirəsinə həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib.

Əməkdar artist Cəlal Məmmədovun aparıcılığı ilə keçən tədbirdə filmin prodüsseri Xəqani Haşımov çıxış edib, çəkiliş prosesləri, yaradıcı heyət haqqında məlumat verib.

Filmin nümayişindən sonra Sumqayıt şəhər İcra Başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, Aprel döyüşləri və Azərbaycan ordusunun qazandığı uğurlardan danışaraq bildirib ki, şəhidlər heç vaxt ölmür və heç vaxt unudulmur. Şəhid Əbdülməcidin ailəsi və yaxınları da onunla fəxr etməlidirlər.

Daha sonra şəhid polkovnik Raqub Orucovun xanımı Sevinc Ağazadə çıxış edərək şəhid ailələrinin mətin və mübariz olmasının vacibliyini bildirib.

Tədbirdə gənc müğənnilər İbrahim Fərzəliyev və İlkin Əlizadənin ifasında mahnılar dinlənilib, şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitab sərgilənib, Sumqayıt Dövlət Dram Teatrın rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nizami Dadaşov şəhid Əbdülməcid Axundova həsr etdiyi portreti Ceyran Axundovaya təqdim edib.

Sonda şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək oqlu ilə bağlı xatirələrini bölüşüb, filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, vətən üçün döyüşmək və şəhid olmaq Əbdülməcidin arzusu idi. O, öz arzusuna çatıb. Onun son arzusunu isə sizlər yerinə yetirdiz. Sağlığında təntənəli ad günü keçirmək ona nəsib olmasa da bu gun sizin sayənizdə onun ruhu şaddır. Şəhidlər unudulduğu zaman ölürlər deyən şəhid anası, onlara göstərilən sevgi və diqqətə görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Bədii-sənədli filmdə ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi