Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
973

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti məktəblilərlə görüşüb...

Sumqayıt Dövlət Dram Teatrı son aylarda tamaşaçı ilə ünsiyyəti gücləndirmək, onların bədii-estetik zövqünü, mədəni tələbatını öyrənmək məqsədi ilə bir sıra kreativ ideyalar gerçəkləşdirib.

Teatrın repertuarında önəmli yer tutan Nizami  Muradoğlunun "Zülmətdə nur" əsəri dahi dramaturq, mütəfəkkir şair, Azərbaycan aydını Hüseyn Cavidin faciəsinə həsr olunub. Habelə paralel xətlərdə Cavidin əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin də nakam talelərinə nəzər salınır. Bu tamaşa orta məktəb şagirdləri, yeniyetmələr üçün də aktualdır. Elə bunu nəzərə alan teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə məlum kontingent teatrda  səhnə əsərini izlədikdən  sonra tamaşanın müzakirəsinə dəvət olunur. İlk təşəbbüs Sumqayıt şəhər 31 saylı məktəbdən gəldi. Qarşılıqlı anlaşmaya görə noyabrın 30-da məktəbin akt zalında gerçəkləşən tədbirdə yaradıcı heyət alqışlarla qarşılandı. Məktəbin direktoru əməkdar müəllim Xanım Əhmədova çıxış edərək layihənin aktuallığından danışdı. O bildirildi ki, orta məktəbin ədəbiyyat proqramında H.Cavid, Ə.Cavad və M.Müşviq tədris olunur. Tamaşada  şagirdlər nəzəriyyədə oxuduqlarını vizual seyr edə bilirlər, bir anlıq o illərin acı günlərini yaşayırlar, böyük söz ustadlarımızın keçirdikləri iztirabları hiss edirlər. Bu tip tamaşalar  milli dəyərlərimizin, mədənyyətimizin, tariximizin  məktəblilərə aşılanmasında mükəmməl vasitədir. Bu çox gözəl təşəbbüs, uğurlu addımdır. Daha sonra yaradıcı heyət- tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov,  Cavid əfəndi obrazını  məharətlə canlandıran  aktyor Habil Xanlarov,  Əməkdar  artistlər Rauf Ağakişiyev (Əhməd Cavad), Sədaqət Nuriyeva (Şükriyyə xanım), Cəlal Məmmədov (Mikayıl Müşfiq) və aktyorlar  Şəmistan Süleymanlı (Ərtoğrul), Oktay Mehdiyev (İblis) məktəblilərin suallarını cavablandırdı, təəssüratlarını dinlədi.

Sonda yaradıcı heyət isti münasibətə, səmimi diskussiyaya görə məktəb   rəhbərliyinə  təşəkkürünü bildirdilər.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi