Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
596

Sumqayıt Dövlət Rəsm Qalereyası “Nəsimi ili” çərçivəsində “İki cahan” adlı plener-müsabiqə keçirib

Sumqayıt şəhər Nəsimi adına mədəniyyət və istirahət parkında Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində klassik Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İki cahan” adlı plener-müsabiqə (açıq səma altında etüd) keçirilib. 

Müsabiqənin keçirilməsində məqsəd gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, mədəni ictimaiyyətin diqqətini incəsənətin etüd sahəsinə cəlb etmək və böyük mütəfəkkirin irsini uşaq və yeniyetmələr arasında təbliğ etməkdir.

Müsabiqədə 4 saylı Diyarşünaslıq klubu, Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına  uşaq incəsənət məktəblərinin ümumilikdə 25 şagirdi iştirak edib.

Müsabiqənin seçim mərhələsində uğur qazanan rəsm müəllifləri Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərfindən mükafatlandırılacaq.

XƏBƏRLƏR

18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib