Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
544

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov yeni ildə hər bir mədəniyyət işçisinə uğurlar arzulamışdır. Həmçinin, qarşıda duran məsələlər və görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi rəhbərliyinin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinin diqqətinə çatdırmışdır. Xüsusilə KİV-də və sosial şəbəkələrdə təbliğat fəaliyyətinin artırılması, mətbuat nümayəndələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı tədbirlər planının və yeni layihələrin hazırlanması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirmişdir.

Sonra rəis müavini İlham Əhmədov 2018-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. 2018-ci il ərzində müəssisələr üzrə 5873 tədbir keçirildiyini və həmin tədbirlərdə 90 mindən çox tamaşaçının iştirak etdiyini vurğulamışdır. Eyni zamanda keçirilən tədbirlər barədə məlumatların idarənin rəsmi “http://sumgait.mctgov.az/” internet saytında, “Facebook” səhifəsində, eləcə də respublikanın digər mətbu orqanlarında ətraflı işıqlandırıldığını qeyd etmişdir.

Müşavirədə həmçinin, idarənin rəsmi “Instagram” və “Twitter” səhifələrinin, “Youtube” kanalının açılması ilə bağlı məlumat verilib.

Daha sonra idarənin digər əməkdaşlarının və bəzi müəssisə rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, bu müddət ərzində Şuşa və Zəngilan rayonlarının folklor ansamblları yaradılıb, muzey fondları zənginləşdirilib.

XƏBƏRLƏR

22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
18.05.2019 18:23
18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur