Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4584

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib

Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Mərkəzi Uşaq Kitabxanası ilə birgə anım günü keçirilib. Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylənilib, instrumental musiqilər səslənib, şagirdlərin ifasında vətənpərvər mahnılar dinlənilib. Sonda faciəni əks etdirən videoçarx izlənilib, Mərkəzi Uşaq Kitabxanasının təşkil etdiyi kitab və dövrü mətbuat materiallarından ibarət sərgi haqqında məlumat verilib.

*   *   *

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “20 yanvar”a həsr edilmiş sərgi keçirilib. Sərgidə məktəb şagirdlərinin (rəsm şöbəsi) əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib. Nümayiş olunan rəsmlər arasında III sinif şagirdi Sevil Mirzəyeva, IV sinif şagirdləri Həqiqət Ağayeva və Bəhlul Hüseynovun rəsmləri ziyarətçilər tərəfindən xüsusilə bəyənilib.

*   *   *

Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbirdə  şəhidlərin xatirəsi yad edilib, məktəbin müəllimi Elnarə Xankişiyevanın 20 Yanvar faciəsi haqqında məruzəsi dinlənilib. Daha sonra 20 Yanvar faciəsini əks etdirən sərgi haqqında məlumat verilib. Sərgidə məktəbin rəsm şöbəsinin I sinif şagirdlərinin əl işlərindən ibarət kompozisiya və rəsm əsərləri nümayiş olunub.

*   *   *

Xızı rayon Uşaq Musiqi Məktəbində “Tarixin qan yaddaşı” mövzusunda kompozisiya keçirilib. Sonra məktəbin balaban ixtisası üzrə müəllimləri Urfan Nuriyev və Həsrət Dadaşovun müşayəti ilə şagirdlərin ifasında  şeirləri dinlənilib.

*   *   *

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda “Qanlı yanvar” adlı tədbir keçirilib. Əvvəlcə tədbirin aparıcısı Ramilə Sadıqova faciə haqqında məlumat verib. Sonra klubun dərnək üzvləri Həcər Səfərlinin ifasında “Vətən desin”, Ayan Abdullayevanın ifasında “Azərbaycan bayrağı”, Ramal Dadaşlının ifasında “Şəhidlər” şeirlərini dinləyib. Sonda tədbir iştirakçıları klubun rəsm kursunun şagirdlərinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işləri ilə tanış olublar.

*   *   *

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Zəngilan rayon kənd klubunda keçirilən tədbirdə “Xalq ulduzu” müsabiqəsinin qalibi Tural Salmanov, Zəngilan Şəhər Uşaq musiqi məktəbinin tələbələri, 4 saylı orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr olunmuş kompazisiya ilə çıxış ediblər. Sonda 20 yanvar faciəsini əks etdirən “Qanlı Yanvar” filmi nümayiş olunub.

*   *   *

Sumqayıt Regional Mədəniyyət idarəsi tərəfindən keçirilən tədbirdə MKS-in direktoru Müşkünaz Muradova, rayon Mədəniyyət evinin bədii-rəhbəri Fatma Hüseynova və digərləri “20 Yanvar faciəsi və onu doğuran səbəbər” mövzusunda məruzə ediblər. Sonra faciəni əks etdirən videoçarx nümayiş olunub. Sonda tədbir iştirakçıları mədəniyyət evinin foyesində təşkil olunan və 20 Yanvar faciəsini əks etdirən kitab və dövrü mətbuat materiallarından ibarət sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi