Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2970

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalar arasında Bayraq gününə həsr olunmuş "Ən qiymətli sərvətimiz Vətəndi" adlı bədii qiraət müsabiqəsi keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, MİHİ Sumqayıt bölməsinin əməkdaşı Tamara Axundova və S. Vurğun adına Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadədən ibarət Münsiflər heyəti tərəfindən bədii qiraətçilərin çıxışı dinlənilib və qaliblər müəyyənləşdirilib. Münsiflərin yekun rəyinə görə müsabiqədə 1-ci yerə Roza Xəlilova, Nurgün Allahverdiyeva, Mehrəngiz Qurbanova, Mətanət Qafarlı, Zümrüd Cəfərli, II yerə Mələk Cəbrayılova, Aysur Mehdizadə, Ləman Qafarova, Nuray Məmmədli, III yerə Yusif Yusifzadə, Fərid Dərgahquliyev layiq görülüb. Qaliblər və fərqlənənlər Sumqayıt şəhər MKS və Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər kоmitəsi tərəfindən mükafatlandırılıblar.

* * *

Sumqayıtın Tarixi Muzeyində 35 saylı Orta Məktəbin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə muzeyin əməkdaşı Səidə Səfərova Azərbaycan bayrağının yaranması, tarixi, keçdiyi çətin və şərəfli yolu haqqında iştirakçılara geniş məlumat verib. 5 saylı məktəbin kütləvi işlər üzrə direktor müavini Salam İsmayılzadə tədbirin təşkilatçılarına təşəkkür edib, gənc nəslin milli mənəvi dəyərlər əsasında formalaşmasında belə tədbirlərin müstəsna rol oynadığını qeyd edib. Tədbir boyu 35 saylı orta məktəbin şagirdlərinin hazırladıqları bədii kompozisiya; bayraq haqqında səhnəciklər göstərilib, şeirlər və mahnılar səsləndirilib. Məktəblilərin ifasında Azərbaycan şairlərinin vətənə, bayrağa həsr olunmuş şeirləri dinlənilib.  Tədbirdə nümayiş olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Hər birimiz Mübarizik, Fəridik” adlı kompozisiya böyük marağa səbəb olub. Tədbir boyu bədii kompozisiyanın motivlərinə uyğun hazırlanmış videoçarx nümayiş olunub.

* * *

Corat qəsəbə mədəniyyət evində C.Cabbarlı adına Mədəniyyət evi ilə birgə bayram tədbiri keçirilib. Tədbirdə gənc solistlər İbrahim Fərzəliyev, Təranə Nurlu, Əli Əliyev, İlahə Hüseynova, Loğman İsayev, Səlimə Paşazadənin ifasında vətənpərvər ruhlu mahnılar, bədiyyəçilər Zaur Vəfalı və Ədalət Dağlının ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə həmçinin “Turan” rəqs qrupunun ifasında rəqs nomrələri və “Günəş” uşaq baxçasının fidanlarının ifası alqışlarla qarşılanıb.

* * *

Sumqayıt şəhər Qara Qarayev adına Uşaq Musiqi Məktəbində keçirilən bayram tədbiri Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb. Sonra Bayraq gününün təsis oluması və bu günün mahiyyəti haqqında ətraflı məlumat verilib.  Daha sonra məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri tərəfindən qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqi nümunələri ifa olunub. Tədbir maraqla qarşılanıb.

* * *

Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində keçirilən bayram tədbirdə məktəbin xor kollektivinin çıxışı dinlənilib, xalq çalğı alətləri ansamblının ifasında xalq və bəstəkar mahnıları səslənib. Məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar oxuyublar. Sazda ifa olunan aşıq musiqiləri tədbiri daha da rövnəqləndirib.

* * *

Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində keçirilən bayram konsertində  məktəbin xanəndə sinfinin şagirdləri Valeh Əsədullayev «Qarabağ Şikəstəsi», R.Mustafayevin «Bağlıyam», Günay Hüseynova-Üzeyir Hacıbəyovun «Çırpınırdın Qara dəniz», Hacı Qəhrəmanov və Cəsur Təhməzli-B.Nəsibovun «Qarabağ» v.s. mahnıları ifa ediblər. Tədbirdə həmçinin məktəbin təsviri incəsənət şöbəsi şagirdlərinin rəsmlərindən ibarət sərginin nümayişi, saz sinfinin şagirdlərinin ifası, xor və rəqs kollektivlərinin çıxışları maraqla qarşılanıb.

* * *

Xızı rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə Sumqayit Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi-baş məsləhətçi Mönsüm Bağırov çıxış edərək Dövlət Bayrağının keçdiyi keşməkeşli tarixi yollardan söz açıb. Tədbirdə Dövlət Bayrağının 100 illlyinə həsr olunmuş “100 il dalğalanan uca bayrağım!” adlı video-rolik nümayiş etdirilib. Daha sonra R.İsmayılov adına Xızı şəhər orta məktəbinin şagirdlərinin ifasında şeirlər və mahnılar səslənib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi