Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1588

Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib

Sumqayıt şəhər Poeziya evində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımovanın iştirakı ilə “Gənclərə həyat dərsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarına Flora Qasımovanın ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, çıxışında hörmətli millət vəkilinin ömür yolunu müasir gənclərə örnək olacaq bir ömür yolu adlandırıb.

Sonra çıxış üçün söz alan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Axundova hörmətli qonağı və tədbir iştirakçılarını idarə rəhbərliyi adından salamlayıb və bu cür tədbirlərin aktuallığından danışıb.

Öz ömür yolundan söz açan millət vəkili Flora Qasımova eyni zamanda ölkəmizdəki mövcud ictimai-siyasi duruma münasibətini bildirib, parlamentdəki fəaliyyətindən danışıb və ölkəmizin tərəqqisində gənc nəslin  rolundan bəhs edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçiləri Eldar Hüseynov və Bayram Cəfərli, şair Əvəz Mahmud Lələdağ, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə və başqaları çıxış edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun yaksəldilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi qeyd ediblər.

Tədbirdə gənc xanəndə Tural Salmanovun ifasında muğam parçaları dinlənilib.

Tədbirin sonunda millət vəkili Flora Qasımova  gənclərin suallarını cavablandırıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib