Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2998

Sumqayıtda “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirildi

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanası, “Dostluq” mədəniyyət evi və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Şəhidlər azadlığın uca heykəl daşıdır” adlı xatirə gecəsi keçirilib. 

“Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədovanın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq “20 yanvar” faciəsi haqqında oxuculara məlumat verib. AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı, ssenarist Hafiz İmamnəzərlinin çıxışları dinlənilib. Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri Aynur Kərimova, Ayan Ağayeva, İnci Hüseynzadə, Cavidan Mirzəzadə, Nuray Məmmədlinin ifasında S.Sarvanın “Qan”, N. Atsızın “ Qəhrəmanlıq” və “Bu günün gənclərinə”, M.İlqarın “Vətən başa çox iş gələr”, R.Rzanın “And” şeirləri, ”Dostluq” mədəniyyət evində fəaliyyət göstərən “Dostluq” ansamblının ifasında muğam parçaları səslənib. Tədbir “Qanla yazılan tarix” başlığı altında nümayiş etdirilən sərgiyə baxışla sona yetib.

*    *   *

Sumqayıt Regional Mədəniyyət idarəsi və Zəngilan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Qəhrəmanları olan Vətən basılmaz!" adlı şeir və yazı müsabiqəsi keçirilib. Məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, bədii qiraət sahəsinə olan marağın artırılması, xüsusi istedada malik yeniyetmə və gənclərin aşkarlanaraq üzə çıxarılması məqsədilə keçirilən  müsabiqədə rayonun 29 məktəbindən şagirdlər iştirak edib. Yazı müsabiqəsi üzrə I yerə 1, II yerə 4, III yerə 22 saylı məktəblərin şagirdləri, şeir müsabiqəsi nəticələrinə görə I yerə 4, II yerə 13, III yerə 1 saylı orta məktəblərin şagirdləri layiq görülüblər. Sonda müsabiqənin qalibləri diplomla təltif olunublar.

Zəngilan rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə isə MKS-in direktoru Məhruzə Cəfərova və kitabxananın əməkdaşı Könül Rüstəmova mövzu ilə əlaqədar çıxışları dinlənilib. Sonda tədbir iştirakçıları kitab və dövrü mətbuat materiallarından ibarət “Qanlı 20 yanvar”  sərgisi haqqında məlumat verilib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib