Sumqayıtda Aprel şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir keçirilib
S
umqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində Aprel şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir keçirilib.S.Vurğun adına Mərkəzi kitabxananın metodisti Natavan Axundzadənin aparıcılığı ilə keçən tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə, Sumqayıt şəhər 16 saylı Orta Məktəbin direktoru Niyaz Süleymanov, şair Əşrəf Veysəlli, Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, şəhid Mahir Mirzəyevin atası çıxış ediblər.
Tədbirdə Nizami Gəncəvi adına Kitabxana klubunun oxucularının və Sumqayıt Dövlət Universitetinin tələbəsi İbrahim Qəniyevin ifasında şeirlər, Corat Mədəniyyət evinin solisti Təranə Nurun ifasında vətənpərvər mahnılar dinlənilib.
Sonda şəhidin anası Ceyran Axundova oğlu Əbdülməcid Axundov ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçıları və iştirakçılarına göstərdikləri diqqətə görə təşəkkürünü bildirib və qeyd edib ki, belə tədbirlərin keçirilməsi gənclərdə vətənpərvər ruhun yüksəlməsinə xidmət edir.
Tədbirdə Əbdülməcid Axundovuna həsr olunmuş videoçarx, habelə onun şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitab və dövrü mətbuat materialları nümayiş olunub