Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2312

Sumqayıtda böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin yubiley tədbirləri keçirilib

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib.

Xızı rayon Heydər Əliyev Mərkəzində mədəniyyət və təhsil  işçilərinin, məktəblilərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Mönsüm Bağırov dahi şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb. Daha sonra çıxış edənlər Nəsiminin həyat və yaradıcılığı, keçdiyi dərin və mürəkkəb həyat yolundan, mübarizəsindən bəhs ediblər. Konfransdan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə hazırladığı şairin kitablarından və stendlərdən ibarət sərgi ilə tanış olub, “Nəsimi” filmini izləyiblər.

Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbində rəssamlıq  şöbəsinin şagirdləri arasında  “Nəsimi  uşaqların  gözü  ilə” mövzusunda  rəsm müsabiqəsi  keçirilib. Müsabiqəyə ümumilikdə 15 rəsm əsəri təqdim olunub. Sərgidə fərqlənən 5 nəfər iştirakçı: Aynur Bayramlı, Zəhra Şıxıyeva, Mədinə İbizadə, Zəhra Həsənli, Aysel Məhərrəmova məktəbin Fəxri Fərmanı ilə təltif ediliblər.  

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında seminar, kitab sərgisi, dəyirmi masa, Zəngilan Kənd klubunda şeir müsabiqəsi keçirilib. Qaliblər diplomla təltif olunublar.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib