14.06.2019 12:08
Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində şəhərin 70 illik yubiley tədbirləri çərçivəsində "Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin yekun turu keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan müsabiqənin yekun turuna F.Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 saylı Diyarşünaslıq klubunu təmsil edən 8 iştirakçı vəsiqə qazanıb.
Münsiflər heyətinin qərarı ilə I yerə Eldəniz Hüseynzadə, II yerə Aqil Hüseynov, III yerə Mehralı Məmmədov layiq görülərək, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Müsabiqəyə qatılan digər iştirakçılar fəxri fərmanla təltif olunublar.