Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1688

Sumqayıtda silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər Tarixi Muzeyi 14 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan muzeyin ekskursiya aparıcısı Səidə Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışıb. Daha sonra muzeyin kiçik elmi işçisi Zülfiyyə Fətəliyeva “Cümhuriyyətdən müstəqilliyə doğru...” mövzusunda çıxış edib. Tədbirdə muzey əməkdaşları tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və həyata keçirdiyi dövlət əhəmiyyətli sərəncam və qərarları özündə geniş əks etdirən fotoalbom və kitablardan ibarət “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı sərgi nümayiş olunub. Tədbir interaktiv formada keçirilib və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şəhərin 43 saylı uşaq bağçası ilə birlikdə Beynəlxalq Sülh günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə uşaqlara Sülh günü haqqında geniş məlumat verilib. Daha sonra uşaqlar fonda yeni daxil olmuş nağıl və jurnallardan ibarət “Nağıllar aləmində” adlı sərgi ilə yaxından tanış olub, açıq səma altında Sülh gününü ehtiva edən şəkillər çəkdirib, əmin-amanlıq, sülh arzusu ilə göyərçinləri açıq səmaya buraxıblar.

Uşaq şöbəsində daha bir tədbir Nizami poeziya günləri ilə əlaqədar keçirilib. “Nizami Gəncəvini necə tanıyırıq” adlı tədbirdə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova oxuculara dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra uşaqlar kitabxananın əməkdaşları tərəfindən tərtib olunmuş və Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən  sualları cavablandırıblar. Uşaq şöbəsi tərəfindən 15 saylı məktəbdə keçirilən tədbirdə şagirdlər şairin qəzəllərindən və şeirlərindən parçalar söyləyib, şairin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi