Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1420

Sumqayıtda Uşaq Mütaliəsi Festivalı keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə şəhərimizdə “Bu günün oxucuları – sabahın qurucuları” adı altında Uşaq Mütaliəsi Festivalı keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd mütaliənin daha geniş, daha əhatəli təbliğinə şərait yaratmaq, bu şərəfli missiyanın müxtəlif ünvanlarda həyata keçirilməsinə, kiçik yaşlılar və yeniyetmələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsinə, balalarımızın kitaba, mütaliəyə istiqamətləndirilməsinə, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır.

Tədbiri giriş sözü ilə açan aparıcı Leyla Mahmudova festival haqqında geniş məlumat verib. Sonra tədbirə ev sahibliyi edən Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı Hafiz İmamnəzərli, şair Rafiq Yusifoğlu festival münasibətilə oxucuları təbrik edib, xoş arzularını çatdırıblar.

Sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının ifasında flaşmob izlənilib, Mİr Cəlal Paşayevin “Yalan yeriməz” hekayəsi əsasında hazırlanan səhnə nümayiş olunub.

Daha sonra Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında şeirlər dinlənilib, “Tıq-tıq xanım” nağılı əsasında hazırlanmış səhnəcik izlənilib.

Tədbirdə Nizami Gəncəvi adına kitabxana klubun rəsm dərnəyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub, Sumqayıt MKS-in fəaliyyətini əks etdirən video-çarx izlənilib.

C.Cabbarlı adına mədəniyyət evinin solistləri Pənah Məmmədli və Təranə Nurlunun ifasında şən mahnılar, “Turan” rəqs qrupunun üzvlərinin ifasında rəqs nömrələri tədbirə xoş ovqat qatıb.    

Qeyd edək ki, 3 gün (22-24 oktyabr) davam edəcək festivalda iştirakçılar uşaq nəşrlərindən, müasir və klassik ədəbiyyat nümunələrindən ibarət rəngarəng sərgilərlə tanış olacaq, musiqili-əyləncəli nömrələri izləyəcək, balacaların sevə-sevə mütaliə etdiyi “Nağıllar dünyasının Gülzar nənəsi” ilə (Mərkəzi Uşaq Kitabxanasında, TET Gimnaziyada), uşaqların yaxın dostu Rafiq Yusifoğlu ilə görüşəcək, eyni zamanda sumqayıtlı şairimizin “Nağıl qapısı” adlı yeni kitabının təqdimatında (N. Gəncəvi adına Kitabxana Klubda) iştirak edəcəklər.

Bundan başqa balacalar müxtəlif saatlarda Mərkəzi Uşaq Kitabxanasında A.Şaiqin “Tülkü həccə gedir” eyniadlı pyesi əsasında, Elçinin “Humayın yuxusu” nağılı əsasında çəkilmiş cizgi filmlərini, Uşaq şöbəsində

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi