Yanvarın 24-də
Sumqayıt Dövlət Dram Teatrında olduqca maraqlı və xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu.Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı yubileyi münasibətilə təbrik etdi, dövlətin mədəniyyətə qayğısını vurğuladı.
Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, istedadlı aktrisa, Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında S.Həkimovanın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində canlandırdığı obrazları xatırlatdılar. Xalq artistinin ifa tərzindən, çevikliyindən, improvizə qabiliyyətindən danışdılar.
Qeyd olundu ki, Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”də “Sara”, “Qaraca qız”da “Gülğəri nənə”, “Demoklisin qılıncı”nda “Hakimin qızı” və bir sıra digər bu kimi obrazları bugün də yaddaşlarda qalır.