Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
430

Sumqayıtın musiqi məktəblərinin hesabat konsertləri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib.

Konsertdə məktəbin xor kollektivinin ifasında S.Rüstəmovun “Sumqayıt”,  E.Sabitoğlunun “Azərbaycan”, İ.Abdullayevin “Hamımız bir günəşin zərrəsiyik”,  H.Xanməmmədov “Aldatmayaq bir birimizi”, nağara çalanlar ansamblının ifasında “Yallı”, xanəndəlik sinfi şagirlərinin ifasında “Qarabağ şikəstəsi”, sazçalanlar ansamblının ifasında “Azərbaycanım” mahnıları, şagirdlərin solo ifalarında P.İ.Çaykovskinin “Yatmış gözəl”, D.Shostokoviçin “Vals № 2” , E.Sabitoğlunun “Gözümdə Leylisən” , F.Əmirovun “Vals”, V.Montinin “Çardaş”, L.Şittenin “Etüd” əsərləri dinlənilib.

Konsertdə iştirak edən Sumqayıt regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov dərs ilinin müvəffəqiyyətlə başa çatması münasibətilə şagirdləri təbrik edib, yeni dərs ilində uğurlar arzulayıb.

*      *      *

S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbində daha bir konsert proqramını məktəbin şagirdlərindən ibarət "Uğur" xalq çalğı alətləri ansamblı (bədii rəhbəri İsmayıl Quliyevdir) keçirib.

Konsertdə ansamblın ifasında xalq mahnıları, təsniflər, məktəbin şagirləri Rövşanə Əliyevanın ifasında "Qaragilə ", Namiq Nuruşovun ifasında "Sudan gələn sürməli qız", Rəvan Abdullazadənin ifasında " Gülə-gülə", Hüseyn Qədirovun ifasında "Yadıma sən düşəndə", Nigar Kiçikbəyovanın ifasında "Elə bəndəm", Nəzrin Hüseynlinin ifasında "Ay bəri bax", Şövkət Alxanlının ifasında "Tellərini yan dara qız" və s. maraqla dinlənilib. Sonda dərs ilində fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olunub.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb