Suraxanı Rayon İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı və Q. Abbasov adına mədəniyyət evilə birgə Suraxanı rayonunda yerləşən Q. Abbasov adına mədəniyyət evində 20 yanvar şəhidlərinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Suraxanı Rayon İcra başçısının birinci müavini Rəşad Hacıyev, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilat sədri Vüqar Seyidov, Bakı Uşaq Teatrının direktoru- bədii rəhbəri İntiqam Soltan çıxış etmişdir. Tədbirdə 20 yanvar faciəsinin canlı şahidləri, şəhid ailələri, rayonun idarə və təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Çıxışlardan sonra Bakı Uşaq Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olunmuşdur. İntiqam Soltanın quruluşunda olan tamaşa Azərbaycanın dövlət atributlarına - Dövlət Bayrağına və Dövlət Himninə həsr edilib. Tamaşa boyu Azərbaycan Bayrağı və Himninin yaranma tarixi və keçdiyi əzablı yol pantomim üslubunda əks olunub.