Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2447

İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb

Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgi açılıb. Martın 18-dək davam edəcək və “İyirmi bir rus baxışı” devizi altında keçirilən sərginin kuratorları Lorenso Balbi və Suad Qarayeva-Malekidir. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafın əsərləri nümayiş olunur.

İtaliyanın «Koryere di Bolonya» qəzetində Pyero Di Domenikonun sərgi haqqında təəssüratları dərc olunub. Yazıda qeyd edilir ki, XX əsrin 90-cı illərinin əvvəllərində rus avanqard janrında geniş yayılmış və «Mamboda inqilab» adlı sərginin əsərlərində aşkar hiss olunan hüquq bərabərliyinə olan güclü meyl yüz il sonra sadəcə boğulmuş səs kimi görünür. Qırx altı yaşlı Yelena Kovılinanın əsərlərindən birini anladan “Egalite” adlı sənədli filmdə göstərildiyi kimi, fərqli yaşlara, irqlərə və peşələrə aid kişi və qadınlar bir sıraya düzülüblər, onların boy fərqi isə ayaqları qeyri-bərabər uzunluqda kəsilmiş kətillərlə kompensasiya olunub. Məhz kətillərin ayaqları sayəsində həmin kişi və qadınların başları ideal bərabərlikdə sıralanıb ki, bu da aldadıcı xarakterə malikdir. Sanki Moskvada və onun ətrafında yağış ancaq sınmış kətillərə yağır. Bu kadr ilə Via Saraqossa 228/230 ünvanındakı “Qızılgüllər küçəsi” (Nyu-York şəhərində dəbli qadın geyimləri və bahalı restoranlar olan məşhur küçə) adlı məşhur cərəyanın əsasını qoyan müasir rus incəsənətinə həsr olunmuş ekspozisiya açılır.

Müəllif bildirir ki, sərgi keçmişlə hesablaşmaq, eləcə də Bolonya Muzeyləri Birliyinin prezidenti Roberto Qrandinin dediyi kimi, “əslində az məlumatlı olduğumuz mədəniyyət sahəsindəki fəallığı qiymətləndirmək” üçün “inqilab”ı gedib görmək lazımdır”. XVII əsrə aid olan və istirahət üçün nəzərdə tutulmuş binanın iki mərtəbəsində rəsm əsərləri, fotoşəkillər, heykəllər və s. nümayiş olunur.

Yazıda Londonda yaşamış azərbaycanlı kurator Suad Qarayeva-Malekinin sərgi haqqında fikirlərinə yer verilir: “Birinci mərtəbədə rəssamların onları əhatə edən reallığa dair düşüncələrinin məhsulu olan əsərlər təqdim olunur ki, bunlar da çox vaxt fərqli şəkildə işlənmiş nostalgiya motivlərini özlərində birləşdirirlər. İkinci mərtəbədə hadisələrin gələcəkdə mümkün inkişafını əks etdirən əsərlər nümayiş olunur”.

Daha sonra məqalədə ayrı-ayrı müəlliflərin əsərlərindən söz açılır. Qeyd olunur ki, Olqa Çernışevanın «Möcüzə arzusunda» adlı rəngli silsilə təsvirlərində sovet dövründə çox populyar olan və uzaqdan havada asılmış kaktusu xatırladan tüklü baş örtüyü geyinmiş qadınlar göstərilir. Daim rastlaşdığımız bir motiv olan keçmişin zarafatyana təhrifi sərgiyə gələnləri hətta bir mərtəbədən digərinə aparan pillələrdə belə izləyir və ziyarətçilər sanki zaman və məkan tunelində olurlar. Sergey Bratkovun “Neznayka Ayda” əsərində rəssamın Moskva şəhərindəki məhəlləsinin bir neçə sakini aylı və utopik bir mühitdə təsvir olunur.

Sərginin ən gənc iştirakçılarından olan 31 yaşlı Svetlana Şuvayevanın əsərinin adı «İkeya» brendinin reklam devizindən götürülüb ki, bu da istehlak ruhundan qaynaqlanır.

İtalyan fotoqraf Cakomo İnfelizenin çəkdiklərinə əsasən, beyin fırtınası parçaları yaradan Mişmaş duetində rus meqapolisi haqda mücərrəd formada danışmaq üçün sərgiyə gələn qonaqlara təsvir olunan yerləri tanımaq imkanı yaradılır. Tamaşaçılar həmin yerləri fotoqrafın çəkdiyi real görüntülərlə müqayisə edirlər.

Anatoli Osmolovskinin tank qüllələri formasında olan və İrina Korinanın «Smiles» adlı bədheybət heykəlləri sosializm dövründə istifadə edilmiş materiallardan hazırlanıb. Təsvirdəkilər sanki onlara baxanlara gülümsünürlər.

Hazırda Bruklində (Nyu-York) yaşayan Darya İrinçeyeva öz təsvirlərində kiçik kətanların üzərində yenidənqurma dövründən sonraya aid olan, SSRİ-nin süqutu ilə öz mənasını itirən uşaqlıq kitablarının əksini yaradıb.

Alina Qutkinanın çəkdiklərinə xüsusi diqqət yetirməyi tövsiyə edən müəllif bildirir ki, bu əsərlərin qəhrəmanları olan gənclər dünyanın istənilən guşəsində ola bilərdilər, ancaq onlar özlərinə qlobal və geniş yayılmış mədəniyyətdə sığınacaq tapıblar...

Sərgi haqqında ətrafı məlumatı www.mambo-bologna.org/villadellerose saytından əldə etmək olar.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib