Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2232

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamlayıb. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söyləyib və qeyd edib ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Tədbirdə Milli Məclisin deputatı  Aydın Mirzəzadə, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov, “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-nın prezidenti Tofiq Əlizadə, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova,  digər  ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Qeyd edib ki, kinorejissor O.Mirqasımov vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir.

Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında rejissorun tərcümüyi-halına, keçdiyi həyat yoluna və şəcərəsinə nəzər salıb, O.Mirqasımov haqqında maraqlı faktlar söyləyib. Qeyd edib ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir, filmlərin çəkilişində musiqiyə böyük əhəmiyyət verir. Onun görkəmli incəsənət xadimləri Qara Qarayev və Rəşid Behbudov haqqında çəkdiyi filmlər öz orjinallığı ilə seçilir.

Sonra Təbrizli həmyerlimiz Hədyə Zəhra Əhmədi dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini səsləndirib.

 Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oktay Mir-Qasım–75” adlı virtual fotoalbom nümayiş olunub, onun “Это звуки истины”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, «Чертик под лобовым стеклом» filmlərindən fraqmentlər göstərilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun “1001 qastrol” sənədli filmindən Rəşid Behbudovun “Ey, Vətən” mahnısının canlı ifası ilə bitib.

 

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!