28.01.2020 09:49
Tanınmış şair Yusif Nəğməkarın “Sevgi məbədi” adlı yeni şeirlər kitabı nəfis tərtibatla, yüksək tirajla çap olunub.
Bütünlüklə lirik şeirlərdən ibarət olan kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadədir.
Müəllifin fəlsəfi-psixoloji aspektdə qələmə aldığı və kitabda xüsusi yer alan “Güllər atılmasın...” poeması isə aktual və ibrətamiz bir mövzuya - müasir gənclərin sevgisinə, bu yolda büdrəmələrinə, ailə-məişət problemlərinə həsr olunub.