Teatr Muzeyində “20 Yanvar” faciəsinin 28 –ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 17 yanvar 2018-ci il tarixində “20 Yanvar” faciəsinin 28 –ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində şəhid İsmayılzadə Cavad Yunis oğlunun həyat yoldaşı, “20 Yanvar” şəhidlərinin dəfn komissiyasının təşkilatçıları olan, əməkdar memar Nəriman Əliyev və fizika - riyaziyyat elmləri doktoru Azər Nəbiyev öz xatirələrini, gözləri ilə gördükləri amansızlıqları danışmışlar. Daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şer və musiqi parçaları səslənmişdir.
Həmçinin mədəniyyət və incəsənət nümayəndələri, Respublika İncəsənət Gimnaziyasının müəllim və şagird heyəti, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivi, Bakı şəhər muzeylərinin əməkdaşları, gənclər, media nümayəndələri tədbirdə iştirak etmişlər.
Tədbir C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.