Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1634

Təmsilçilərimiz İslam Əməkdaşlıq Təşkilatı Festivalından diplomla qayıdıb

Ölkəmiz Misirin paytaxtı Qahirə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Festivalında (Festival of the Organization of İslamic Cooperation) uğurla çıxış edib.

Dörd gün davam edən festivala 20-dən artıq ölkənin nümayəndələri qatılıb.

İslam Əməkdaşlıq Təşkilatı Katibliyinin təşəbbüsü və üzv ölkələrin dəstəyi ilə “Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” şüarı altında gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəx mədəniyyətinədək geniş spektri əhatə edib.

İlk dəfə təşkil olunan festivalın məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xalqlarının yaxınlaşması, eləcə də quruma üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək, İslam dünyasında xalqların vahid din və adət-ənənə, dil və irs müxtəlifliyi əsasında həmrəyliyinin möhkəmləndirilməsidir.

Festivalda ölkəmiz mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Heyətə xanəndə, Xalq artisti Simarə İmanova ilə birgə muğam üçlüyü, Əməkdar mədəniyyət işçisi, Ansamblın direktoru Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da daxildir.

Əvvəlcə sənətçilərimiz Qahirə Opera Teatrında təşkil olunan açılış mərasimində çıxış ediblər. Muğam üçlüyünün ifası, rəqs qrupunun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.

Festivalın proqramı müxtəlif mədəni və bədii tədbirləri, elmi seminarları, təqdimatları əhatə edib. Silsilə tədbirlər Qahirə Opera Teatrında, Əl-Hənacir İncəsənət Mərkəzində, Böyük İslam Muzeyində, Ərəb Dövlətləri Liqasının binasında, Əl-Əzhər Əş-Şərif və digər yerlərdə təşkil olunub. Proqrama beynəlxalq islam təsisatları – İslam Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və s. qurumların təqdimatları da daxil edilib.

Festival çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) fotosərgisi də reallaşıb. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoları da nümayiş olunub. Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış ola biliblər. Festivalın sonunda Azərbaycan nümayəndə heyəti xüsusi diplom və fəxri fərmanla təltif olunub.

Rəsmi hissədən sonra təmsilçilərimizin çıxışı növbəti dəfə maraqla qarşılanıb. Konsert Misirin “Əl – Misriyya” telekanalı vasitəsi ilə yayımlanıb.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel