11.03.2019 05:27
Mart ayının 14-ü saat 12:00-da C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor, ssenari müəlifi və aktyor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq.
Qeyd edək ki, bu il sənətkarın anadan olmasının 100 illiyi tamam olur.
24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sənətkarın 100 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb.