20.01.2020 01:15
Ağstafa Regional Mədəniyyət İdarəsi Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "O gecə qar da qırmızı yağırdı" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.
Tədbirdə iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov sonda çıxış edərək 1990-cı il 20 yanvar hadisələrindən danışdı və bu faciənin xalqımızın qan yaddaşına çevrildiyini vurğuladı. İdarə rəisi Mədəniyyət Mərkəzinin kollektivinə yaradıcı fəaliyyətlərində uğurlar arzulayaraq bu tipli tədbirlərin hər bir mədəniyyət müəssisəsində təşkil edilməsinin zəruriliyini qeyd etdi.