Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2741

Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun üçüncü iclası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılmışdır.

İşçi Qrupunun indiyədək keçirilmiş iclaslarında çoxsaylı prioritet məsələlər müzakirə olunmuş və aidiyyəti qərarlar qəbul olunaraq müvafiq qaydada icra edilmişdir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə 28 fevral 2018-ci il tarixində təşkil edilmiş İşçi Qrupunun üçüncü iclasında Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, habelə Təhsil nazirliklərinin nümayəndələri iştirak etmişlər.

İclası giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva son dövrlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə turizmlə bağlı təsdiq edilmiş normativ-hüquqi aktların həyata keçirilməsi nəticəsində sahənin inkişafı üçün münbit şəraitin yaradıldığını, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsasının qoyulduğunu, habelə milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldiyini bildirmişdir.

Eyni zamanda görülən bu işləri nəzərə alaraq, turizm sahəsində təhsil, o cümlədən peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə qabaqcıl təcrübənin tətbiqi və müasir dövrün tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğunu qeyd etmişdir.

Göstərilənlərdən əlavə toplantıda İşçi Qrupunun yeni tərkibi və Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası ilə bağlı hazırlanmış təfsilatlı tədbirlər planı təqdim edilmiş, həmçinin sahə üzrə təsdiq edilmiş qanunvericilik aktlarına uyğun olaraq görülmüş işlər və həyata keçirilməli məsələlər ətrafında müzakirələr aparılmışdır.

İclasın yekununda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə razılaşdırılmış “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə təfsilatlı tədbirlər planının icrasının təmin edilməsi, habelə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən turizm sahəsi üzrə təhsilə dair təsdiq edilmiş aidiyyəti normativ-hüquqi sənədlərlə bağlı qarşıda duran vəzifələrin icrasının sürətləndirilməsi və xüsusilə 2018-ci il üzrə icrası yekunlaşdırılmalı bəndlərin nəzarətdə saxlanılması qərara alınmışdır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib