Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1434

Turizm Şurasının sağlamlıq və ekoturizm üzrə işçi qrupları fəaliyyət göstərəcək

Son illər ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan Azərbaycan Turizm Şurası da müxtəlif dövlət orqanlarının fəaliyyətini əlaqələndirir. Şura öz işini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. Hazırda turizm sənayesində qarşıya çıxan problemlərin həll olunması üçün şurada müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir.

Turizm Şurasının VI iclasında sağlamlıq turizmi üzrə işçi qrupu yaradıldı, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alındı.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ölkəmizə daha çox xarici turistin cəlb olunması üçün marketinq siyasətinin düzgün qurulması, prioritet bazarların araşdırılması, təbliğat və tanıtım layihələrinə xüsusi önəm verilməsi qarşıda duran əsas vəzifələrdəndir. Daha uzaq ölkələrdən Azərbaycana turistlərin cəlb olunmasında mədəni, tarixi və təbii zənginliklərlə yanaşı, unikal sağlamlıq turizmi potensialı da öz sözünü deyə bilər.

Ölkə ərazisində Naftalan nefti, Duzdağ, Qalaatı və digər unikal sağlamlıq turizmi məkanlarının böyük potensialı var. Xüsusilə Naftalan nefti ilə müalicə sovet dövründə geniş yayılaraq böyük şöhrət qazanmışdı. Heç təsadüfi deyil ki, indi də Naftalan nefti vasitəsilə müalicəyə ən çox Rusiya, Qazaxıstan, Ukrayna və digər MDB ölkələrinin vətəndaşları xüsusi maraq göstərirlər.

Bu baxımdan ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə bu sahə üzrə işçi qrupunun yaradılması və Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi xüsusi önəm kəsb edir.

Beynəlxalq səviyyədə tanınan həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. MDB ölkələrində yaxşı tanınan Azərbaycanın sağlamlıq turizmi imkanları beynəlxalq sertifikatların əldə olunmasından sonra digər ölkələrin vətəndaşlarının da inamını qazanmış olacaq.

Azərbaycan əsrarəngiz təbiətə, qoruq və milli parklara, cəlbedici kənd ərazilərinə, özünəməxsus adət-ənənələrə və zəngin mətbəx mədəniyyətinə, əsrlərdən soraq verən tarixi abidələrə malikdir. Eyni zamanda ölkəmiz özünün palçıq vulkanları ilə də dünyada məşhurdur. Yəni Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır. Turizm baxımından da önəmli olan qoruq və milli parklarımız, ov heyvanları, qiymətli balıq və quş növləri ilə cəlbedicidir. Belə ərazilərin müəyyən hissəsi ekoturizm məqsədilə səmərəli istifadə edilə bilər. Bütün bu sadalanan resurslar ölkəmizi turistlər üçün daha da cəlbedici məkan kimi tanıtmağa imkan verir.

Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub.

Ekoturizm üzrə işçi qrupu milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi, milli parkların xəritələrinin hazırlanması və digər məsələlərin həllini nəzarətdə saxlayacaq.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb