“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı işıq üzü gördü
1636
19.06.2017
19.06.2017 05:42
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı çapdan çıxmışdır. Bu nömrədə Azərbaycan Turizm və Menecment Universitetində kadr hazırlığı aparılan ixtisasların rəqabət mühiti, Azərbaycan turizminin iqtisadi inkişaf perspektivləri, yeni turların yaradılma texnologiyaları, turizm sahəsinin inkişafında təhsilin əhəmiyyəti, sosial sahibkarlıq və sosial maliyyə bazarlarının qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin formalaşmasınının tədqiqi kimi araşdırma nəticələri yer almışdır.
Jurnalın elektron versiyası ilə universitetin veb saytında(www.atmu.edu.az), həmçinin Kitabxana İnformasiya Mərkəzində (KİM) tanış olmaq olar.