Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1148

Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib

Dekabrın 7-9-da İstanbulda Türkdilli Dövlətlərin Sinemaçılar Birliyi (TDSB) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan komitənin sədri kinorejissor Xocaqulu Narliyev (Türkmənistan) türk xalqlarının ortaq tarix və mədəniyyətinin təbliğ olunmasında kino sənətinin imkanlarından səmərəli istifadə olunmasının əhəmiyyətinidən danışıb. Qurumun yaxın zamanda görəcəyi işlərdən söhbət açmış Türk Dünyası Qəzetçiləri Federasiyasının sədri, TDSB İcraiyyə Komitənin icraçı direktoru Menderes Demir və baş katibi Oktay Mir-Qasım filmlərin istehsalına və yayımına dəstək göstərmək məqsədi ilə TDSB-nin maliyyə fondunun yaradılması yolları, birgə film istehsalı, kino təhsili sahəsində təşəbbüslər haqqında fikirlərini bölüşüblər. Türkiyənin yaradıcı kinematoqrafçılar birliklərinin rəhbərlərindən İsmayıl Günəş, Fədai Öztürk, Mehmet Gülərüz, Turan Şahin, eləcə də rejissorlardan Artıkpayı Suyundukov (Qırğızıstan), Sadıx Şerniyaz (Türkmənistan), Aybek Kopadze (Özbəkistan), prodüserlər İlyas Boqatıryov (Rusiya), Kanat Torebay (Qazaxıstan) müzakirələrdə qurumun inkişaf etdirilməsi ilə bağlı  təkliflərini irəli sürüblər. Tədbirdə müşahidəçi qismində iştirak edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Sinema Baş İdarəsinin müdiri Erkin Yılmaz, Qırğızıstan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Baş İdarəsinin müdiri Muxtalı Bektenalıyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Mədəniyyət nazirliklərinin nümayəndələri TDSB-nin fəaliyyətini yüksək qiymətləndirdiklərini və nəzərdə tutduğu planların həyata keçirməsi üçün yardımçı olacaqlarını bildirmişlər. TDSB-nin İcraiyyə Komitəsinin iclasında müzakirə edilmiş qurumun nizamnamə layihəsinin tanış olmaq üçün yerlərə göndərilməsi qərara alınmışdır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb