Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3395

“Türk dünyasının nağıl bağı” kitabının təqdimat mərasimi keçirildi

Dekabrın 8-də Azərbaycan Xalça Muzeyində “Türk dünyasının nağıl bağı” adlı kitabın təqdimat mərasimi keçirildi. Nəşr Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və TÜRKSOY-un birgə layihəsi əsasında ərsəyə gəlib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihəni müsbət qiymətləndirdi: "Nağıllar insanlara uşaqlıq dövründən yüksək mənəvi-tərbiyəvi keyfiyyətlər aşılamaqla yaxşılıq etməyi öyrədir. Təqdimat mərasiminə toplaşdığımız kitab da bu baxımdan əhəmiyyət kəsb edir. Türk dünyasının vəhdəti, birlik və bərabərliyinin uşaqlara, böyüməkdə olan nəslə aşılanması sevindiricidir. İnanıram ki, onlar nəşrdə yer alan türk dünyasının nağılları ilə tanış olarkən bizim adət-ənənələrimizi, bir-birinə yaxın mədəniyyətimizi yaxından öyrənə biləcəklər".

Nazir ölkəmizdə kitabxana işinin təşkili, yeni nəşrlərin oxucuların istifadəsinə verilməsi istiqamətində böyük işlərin görüldüyünü dedi. Qeyd etdi ki, bu gün ölkəmizdə kitab nəşri işi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son illər ərsəyə gələn nəşrlər kitab fondlarımızı, kitabxanalarımızı zənginləşdirir. Hər bir qurum bu sahədə üzərinə düşəni etməlidir: “Bu günədək uşaqların zehni və mənəvi inkişafı üçün bir sıra kitablar nəşr edilərək onların ixtiyarına verilib. “Türk dünyasının nağıl bağı” kitabı da onların mənəvi, əqli və psixoloji inkişafı üçün nəzərdə tutulmuş layihələrdəndir. Layihənin türk xalqları arasında mədəni və mənəvi əlaqələri genişləndirməklə yanaşı, uşaq folklorunun da gələcək nəsillərə çatdırılması baxımından müsbət nəticə verəcəyinə ümid edirik”.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov da qurumun dəstəyi ilə ərsəyə gələn kitabın əhəmiyyətini vurğuladı. Bildirdi ki, yeni nəşr uşaqların dünyagörüşünə fayda verməklə onların türk dünyasının mədəniyyətini, folklorunu daha da dərindən mənimsəmələrinə şərait yaradacaq. Layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı – şifahi xalq ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov belə bir kitabın ərsəyə gəlməsinin ortaq dəyərlərə verilən ali qiymət olduğunu qeyd etdi. Vurğuladı ki, “Türk dünyasının nağıl bağı” kitabı uşaqları türk xalqlarının sosial, iqtisadi və mədəni həyatı ilə də yaxından tanış olmağa sövq edərək onların intellektual inkişafına müsbət təsir göstərəcək.

Respublika Uşaq Kitabxanası direktoru Şəhla Qəmbərova çıxış edərək kitabın işıq üzü görməsində onlara köməklik göstərən bütün qurumlara minnətdarlığını bildirdi.

Sonra qonaqlar kitabda yer alan rəsmlərdən ibarət sərgi ilə tanış oldular.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib