Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1646

Əbülfəs Qarayev TÜRKSOY-un nümayəndə heyəti ilə görüşdü

Dekabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Bildirək ki, TÜRKSOY-un nümayəndə heyəti Molla Pənah Vaqifin 300 illik yubileyi və Kabardin-Balkar şairi Qaysın Quliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gəlib.

Qonaqları salamlayan nazir Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini dedi. Bildirdi ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.

Düsen Kaseinovu yenidən təşkilatın rəhbəri seçilməyi münasibətilə təbrik edən nazir qurumun səmərəli fəaliyyətinin bundan sonra da davamlı olacağına ümidvar olduğunu diqqətə çatdırdı. Vurğulandı ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir: “2017-ci il təşkilat üçün çox aktiv il olmuşdur. Çoxsaylı tədbirlər həyata keçirilmiş, görkəmli şəxsiyyətlərin yubiley tədbirləri, mədəniyyət paytaxtları elan olunmuş şəhərlərdə türk tarixinin araşdırılması istiqamətində, türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş tədbirlər reallaşdırılmışdır”.

TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini bildirən nazir son illərdə ölkəmizdə mədəniyyət və turizm sahələrində gerçəkləşən yeni layihələr və islahatlar haqqında qonaqlara məlumat verdi.

Düsen Kaseinov səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirdi. Təşkilatın 2018-ci ildə həyata keçirəcəyi layihələr haqqında məlumat verən baş katib gələn il Azərbaycanla bağlı çoxsaylı tədbirlərin reallaşacağını diqqətə çatdırdı. Qeyd olundu ki, Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısının yekun bəyannaməsində 2018-ci ilin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Qazaxıstanın Xalq şairi Mağjan Jumabayev və tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma ili" elan edilməsi qərara alınıb.

Müasir Humanitar Akademiyanın Nalçik filialının direktoru, Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının prezidenti, professor Aliy Atabiyev, Karaçay-Çərkəz Respublikasının (Rusiya Federasiyası) Xalq şairi, “Mingi-Tau” ədəbi-bədii və ictimai-siyasi jurnalının baş redaktoru, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev, Kabardin-Balkar Respublikası (Rusiya) Yazıçılar İttifaqının sədri Mutalip Beppayev və başqaları Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə etdilər. Azərbaycanla bundan sonra da ədəbi, mədəni və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirdilər.

Görüşün sonunda Qaysın Quliyevin TÜRKSOY tərəfindən çap edilmiş kitabı və şairin adını daşıyan medal nazirə təqdim olundu.

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib