Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
İyulun 16-da Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcabədi regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayon Tarix-Diyarşunaslıq muyzeyində tədbir keçirilib.
Tədbirdə İdarənin əməkdaşları və rayon mədəniyyət işçiləri iştirak edib. Əvvəlcə ulu öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.
Daha sonra tədbirdə çıxış edən Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. Natiq ümummili liderin respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. Qeyd edilib ki, müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub.
Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Sadiq Əliyev və digər tədbir iştirakçıları çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, mədəniyyət sahəsində həyata keçirilən islahatlardan söhbət açıblar.