Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5640

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına müsahibəsi

- Əbülfəs müəllim,  dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyev  ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət məsələlərinə də böyük diqqət göstərib, xalqımızın mədəni dəyərlərinin qorunmasını və inkişafını vacib məsələlərdən biri kimi qiymətləndirib. Sovetlər dönəmində də milli özünüdərkin, özünəqayıdışın əsası da məhz Ulu Öndərimiz tərəfindən qoyulub ki, burada tarixi, milli mədəniyyətimizin qorunması əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...

- Bu gün tarixi məsafədən baxarkən əminliklə deyə biləri ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində əvəzolunmaz iz qoymuş, xidmətlər göstərmişdir. Heydər Əliyevin  qoyduğu mirası kimləsə müqayisə etmək mümkün deyil. Çünki Heydər Əliyev öz özlüyündə bir rəmzə çevrilib. Bu rəmz Azərbaycan xalqının milli, mənəvi, siyasi, iqtisadi, tarixi və gələcəyin amallarını özündə birləşdirən edən bir rəmzdir. Ona görə də, Heydər Əliyev irsi, siyasi kursu bu gün əks-səda verir və bu amil Onun əvəzolunmazlığını sübut edir.  

Ulu Öndər Heydər Əliyev bütün sahələr üzrə  ölkəmizin inkişafında çox böyük mexanizm qurmuş və inkişafa böyük təkan vermiş insandır. Azərbaycan xalqının dövlətçilik tarixində çoxlu sayda hökmdarlar, sərkərdələr, müxtəlif dövrlərin müxtəlif xüsusiyyətlərinə uyğun olaraq çox önəmli işlər görmüş xadimlər olub. Biz onlarla fəxr edirik. Lakin biz artıq müasir dövrdə yaşayırıq və müasir tariximizin təhlili onu göstərir ki, 1969-cu  ildən etibarən Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra xalqımızın, dövlətimizin və cəmiyyətimizin quruluşunda, təfəkküründə yeni bir mərhələ başladı.

Ümummilli Lider Heydər Əliyevin respublikamızın rəhbərliyinə gəlişi ilə iqtisadiyyat görünməmiş dərəcədə inkişafa doğru irəliləməyə başladı, kənd təsərrüfatı rekord göstəricilər qazandı. Pamçıqçılıq, üzümçülük  və s. sahələr əhəmiyyətli dərəcədə inkişaf etdi, yeni-yeni müəssisələr yaradıldı. Azərbaycan artıq təkcə neft istehsal edən respublika kimi yox, bütün sahələri inkişaf etdirən respublikaya çevrilməyə başladı. Bu günkü dinamik inkişafımızın təməli də o dövrdə qoyulub. Fikrimcə, bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan demək olar ki, özünü 100 faiz təmin etmək iqtidarında olan dövlətə çevrilir.

- Həmin dövrdə iqtisadiyyatın inkişafı ilə yanaşı mənəvi dəyərlər amili də xüsusi diqqət mərkəzində idi...

- Sözsüz ki, bu hərtərəfli inkişafın fonunda mənəvi proseslər olduqca vacib yer tutur. O vaxt iqtisadiyyatın inkişafı ilə bağlı olan müşavirələrdə mütləq tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Və bu insanların yeni mühitdə qəhrəmancasına göstərdikləri əmək, zəhmət  artıq ədəbiyyatda, rəsm əsərlərində, musiqidə öz əksini tapmağa başladı. Bununla da, cəmiyyətin ziyalı təbəqəsi, daha mütərəqqi və təhsilli olan təbəqə bu əməyi yeni nəzər-nöqtəsində təqdim etməyə başladı. Bütün bunların ideya müəllifi isə Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev bu qəhrəmanları teatr səhnələrinə gətirirdi. Eləcə də, həmin qəhrəmanlar haqqında musiqi əsərləri yaradılırdı, rəsm əsərlərində, fırça ustalarının yaradıcılığında əmək qəhrəmanları əksini tapırdi. Təbii ki, bunların hamısı vahid siyasətin axını idi. Heydər Əliyev bununla Azərbaycan xalqının təşəkküründə yeni bir anlayışları, kriteriyaları formalaşdırmağa başladı. Mən bu məsələlərə fəlsəfi mənada baxıram. Çünki cəmiyyətdə bu əməyə yeni formada  baxaraq onun dəyərini bilməyə başladılar. Bununla da, həmin zəhmətkeş insanların əməyinə həm ictimaiyyət, həm də dövlət tərəfindən yeni bir münasibət çalarları öz əksini tapırdı.

Ulu Öndər Heydər Əliyev həmçinin insanların əməyinin dəyərləndirilməsinə xüsusi önəm verərək onu vahid siyasət çərçivəsində həyata keçirirdi. Bilirsiniz ki, sovetlər dövründə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında bizim çoxlu əmək qəhrəmanlarımız var idi. Və həmin insanlar Heydər Əliyevin sayəsində keçmiş SSRİ-nin ən yüksək orden və medalları, dövlət mükafatları ilə təltif olundular. Məsələn, keçmiş ittifaq miqyasında xeyli sayda azərbaycanlı Sosialist Əməyi qəhrəmanları var idi və və s.

Buna paralel olaraq həmin zəhmətkeşlərin  əməyini öz yaradıcılığında əks etdirən Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının əməyi də yüksək dəyərləndirilirdi. Onlar da keçmiş  Sovet İttifaqı miqyasında ən yüksək orden və  dövlət mükafatları ilə təltif olunurdular. Bütün bunlar sözsüz ki,  bilavasitə Ulu Öndər  Heydər Əliyevin xidməti idi. Biz bu gün Bakı şəhərini gəzərkən Fikrət Əmirovun, Rəşid Behbudovun, Qara Qarayevin və digər yaradıcı insanların heykəllərini görürük. Bu qəhrəmanlar hələ o vaxt Sovet İttifaqının ən uca zirvəsində durmuş insanlar idi.

- Ulu Öndər Heydər Əliyev sovetlər dönəmində də Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirib. Sizcə, bu amili şərtləndirən səbəblər nə idi?

- Bu çox vacib məqam idi. Məsələ ondan ibarət idi ki, Heydər Əliyev gənc nəslin yüksək biliklər qazanmasına, milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Biz bəlkə də, bunun əhəmiyyətini  sonradan dərk etməyə başladıq. Amma Onun birinci hakimiyyəti dövründə minlərlə gəncimiz keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərildi. Gənclər daha çox o ixtisaslar üzrə təhsil almağa göndərilirdi ki, o sahələrdə Azərbaycanda mütəxəssis çatışmırdı.

Eyni zamanda, rəssamlıq akademiyalarına, musiqi akademiyalarına, ədəbiyyat institutlarına da gənclər təhsil almağa göndərilirdi. Bunların hamısı Azərbaycan yaradıcı insanlarının əməyinin müasir çərçivədə həyata keçirilməsinə zəmin yaratdı. Bu insanlardan sonra 1960-cı illərin qəhrəmanları ortaya çıxdı. Heydər Əliyev də həmin insanları, bütövlükdə yeni təfəkkürü, yeni düşüncə tərzini  müdafiə edirdi. Azərbaycanın müstəqillik ideyalarını sovetlər dönəmində ortaya qoymaq çox çətin idi. Amma bununla belə əsərlər yazılırdı, rəsmlər əsərləri yaradılırdı, teatrda səhnələr qoyulurdu. Heydər Əliyev bu teatr tamaşalarında iştirak edərək həmin insanların  yaradıcılığına böyük dəyər verirdi. Bütün bunlar onların yaradıcılıq prosesinə çox müsbət təsir göstərirdi. Heydər Əliyevin gücü də bunda idi.

Müstəqillik dövründə isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni çağırışlarla müşaiyət olunurdu. Bu dövr Azərbaycanı müstəqil dövlət kimi dünyada tanıtmaq, Azərbaycan xalqının yaradıcı potensialını gücləndirmək, təkcə keçmiş Sovet İttifaqı məkanında deyil, bütövlükdə dünya miqyasında Azərbaycanın qədim tarixini, müasir mədəniyyətini təbliğ etmək, onu gücləndirmək, beynəlxalq səviyyədə gedən prosesləri tətbiq etməklə bu sahənin inkişafını təmin etməklə səciyyələnirdi. Ulu Öndər Heydər Əliyev bu məsələlərə ciddi nəzarət edirdi.

Bilirsiniz ki, hələ sovetlər dönəmində UNESKO səviyyəsində Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 600 illik yubileyi keçirildi. O vaxta qədər Azərbaycanın adı həmin təşkilatda  yox idi. Düşünürəm ki, Heydər Əliyevin sayəsində UNESKO səviyyəsində keçirilən həmin tədbir məhz bu günümüz üçün də zəmin yaratmış oldu. İndi Azərbaycan UNESKO çərçivəsində özünəməxsus yer tutur, Azərbaycanın tarix, mədəniyyət nümunələri bəşəriyyət tərəfindən qorunan abidələr kimi qəbul olunub. Amma bütün bunlar üçün zəminin yaradılması, bünövrənin formalaşdırılması o vaxt Heydər Əliyevin başladığı siyasət idi. Ümummilli Liderimiz Heydər Əliyev çox tələbkar, qüdrətli rəhbər, uzaqgörən strateq olaraq bütün bunların hamısını görürdü.

Eyni zamanda, Heydər Əliyev çox insani keyfiyyətlərlə zəngin bir insan idi. O, yaradıcı insanlar arasında bəzən ortaya çıxan  çətinliklər, problemlər, ziddiyyətlərin nə qədər böyük ustalıqla, səbrlə və peşəkarlıqla həll edilməsinə kömək göstərirdi. Eləcə də, onların yaradıcılıq prosesinə ciddi dəstək göstərirdi, sosial məsələlərinin həlli ilə yaxından məşğul idi. Bütün bunlarla yanaşı Heydər Əliyevin yaradıcı insanlarla şəxsi münasibətləri də yüksək səviyyədə idi.

- Ümummilli Lider Heydər Əliyevin yüksək etimad göstərdiyi şəxslərdən biri də Siz olmusunuz...

- Xoşbəxtəm  ki, 1994-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevlə çalışmışam, Onun tərəfindən Gənclər və İdman naziri təyin olunmuşam. Bu mühüm vəzifənin mənə tapşırılması  mənim üçün çox böyük sınaq, məktəb və etimad idi. Mən bu etimadı heç vaxt  itirən deyiləm. Çünki Heydər Əliyev məktəbini uğurla keçmiş insan heç vaxt bu məktəbi yaddan çıxarmayacaq.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclər hərəkatının formalaşdırılmasına, demokratik inkişafın təmin edilməsində misilsiz xidmətlər göstərib. Bütün bunların bunların hamısı gözümüzün qarşısındadır. O vaxt gənclər hərəkatında təmsil olunan insanlar  bu gün müxtəlif vəzifələrdə çalışırlar, müxtəlif ictimai hərakatlara rəhbərlik edirlər və s. Mən fəxr edirəm ki, Heydər Əliyevin siyasətinin həyata keçirilməsində zərrə qədər də olsa payım var. Bu mənim üçün çox böyük şərəfdir.

- Mədəniyyət xadimlərimiz Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən birmənalı şəkildə Onun yüksək diqqət və qayğısını vurğulayır, yeni dövrdə mədəni intibahımızın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirirlər. Bu fikirlərin ifadə etdiyi, söykəndiyi başlıca həqiqətlər nədən ibarətdir?

- Ümummilli Lider Heydər Əliyev çox dərin biliyi, dünyagörüşü, təfəkkürünün zənginliyi ilə həmişə yaradıcı proseslərə maraq göstərib. Bu ondan irəli gəlir ki, Heydər Əliyev görürdü ki, hər bir insan hansı yerdə müvəffəqqiyyət əldə etmək istəyirsə, əgər xalq inkişaf etmək istəyirsə mütləq yaradıcı qabiliyyəti yüksəlməlidir. Heydər Əliyev bu amilə önəm verməklə məhz yaradıcı insanların keyfiyyətini yüksəldirdi və bununla da bütün cəmiyyətə təsir göstərirdi. O çox müdrik siyasətçi idi. Zaman geçdikcə biz Heydər Əliyevin böyüklüyünü daha dərindən dərk edəcəyik və Onun müəyyənləşdirdiyi  siyasətin xalqımıza nə qədər böyük inkişaf imkanları yaratması haqqında  gələcəkdə də çox danışılacaq.

- Bu gün Prezident İlham Əliyev bütün sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirir. O cümlədən, mədəniyyət sahəsində də Heydər Əliyev siyasəti ardıcıllıqla həyata keçirilir. Bu gün Azərbaycan öz mədəni, mənəvi dəyərləri ilə uğurla inteqrasiya olunur, dünya birliyində layiqincə təmsil olunur. Siz yeni dövrdə Azərbaycanın mədəniyyət sahəsində qazandığı nailiyyətlər haqqında nə deyə bilərsiniz?

- Təbii ki, hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Qeyd etdiyim kimi Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 1970-80-ci illərində respublikaya rəhbərliyi dövründə bir çox sahələrdə gələcək inkişafın möhkəm əsasları yaradılıb, bu illərdə mədəniyyətimiz özünün intibah dövrünü yaşayıb. Mədəniyyətimizin böyük himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə diqqət və qayğısını əsirgəməyıb. Sözün əsl mənasında Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi.

2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin yüksəldilməsi ilə müşayiət olunub. Bu dövrdə iqtisadi inkişaf tempinin sürətlə artması, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sektorunun da inkişafına, bu sahədə uzunmüddətli proqramlara zəmin yaratdı.

Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi və milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunub. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri də mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət, bu sahələrlə bağlı imzalanan Fərman və sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin olub.

Eyni zamanda, yaradıcı insanlara dövlət qayğısı hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yeni bir üslübda və formada davam edir. Çünki hər bir yeni üslüb vaxta və dövrə uyğun bir dəyişikliyə məruz qalmalıdır. Amma bu siyasət davam etməkdədir. Bu yaxınlarda cənab Prezident tərəfindən yaradıcı insanlara göstərilən dəstək onu sübut edir ki, Heydər Əliyev siyasəti bu gün yaşayır və uğurla həyata keçirilir.

- Əbülfəs müəllim,  bu gün Heydər Əliyevin zəngin irsi və böyük ideyaları respublikamızda dərindən öyrənilir və  təbliğ olunur. Bu  prosesdə Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun böyük   xidmətləri və rolu xüsusi vurğulanmalıdır.  Bu barədə də fikirlərinizi bilmək istərdik...

- Bu gün Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev irsinə çox böyük həssaslıqla, hörmətlə yanaşılır və Ulu Öndərimizin zəngin irsi geniş şəkildə təbliğ olunur. Bu gün xüsusilə gənc nəslimiz üçün Heydər Əliyevin ideyalarının, zəngin irsinin  aşılanması vacib amildir və Fond bu vəzifəni uğurla yerinə yetirir.  

Eyni zamanda, Heydər Əliyev Fondu  bu gün Azərbaycanın mədəniyyətinin, təhsilinin, sosial işinin aparıcı qüvvəsi kimi çıxış edir. Fondun rəhbəri Mehriban xanım Əliyeva eyni zamanda ölkəmizin Birinci vitse-prezidentidir. Təcrübə göstərdi ki, son illər onun rəhbərlik etdiyi layihələr nə qədər böyük uğurla həyata keçirilir və dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Əsas odur ki, bütün bunları xalqımız yüksək qiymətləndirir. Azərbaycan xalqı Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini əyani olaraq görür, öz həyatında hiss edir və düşünürəm ki, bu da çox vacib bir amildir. Xalqımız  bu gün Heydər Əliyev Fonduna və onun rəhbəri  Mehriban xanım Əliyevaya  göstərdiyi  münasibət vasitəsilə Ulu Öndər Heydər Əliyevin adını daim öz yaddaşında uca saxlayır, Onu dərin ehtiramla yad edir və Heydər Əliyevin obrazı bu gün müasir dövrdə məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond vasitəsilə yaşamaqda, inkişafda və cəmiyyətin həyatında iştiraka davam etməkdədir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb