Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
732

UNESCO-da “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” Beynəlxalq Forumunun panel müzakirələri keçirilib

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumun “Türk sivilizasiyası və onun dünya mədəniyyətinə töhfələri” adlı ikinci panelində Azərbaycan nümayəndələri Macarıstandakı səfirimiz Vilayət Quliyev, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkandakı dəyərlər, tendensiyalar, azərbaycanlı mütəfəkkirlər haqqında fikirlərini bölüşüblər.

Paneldə böyük mütəfəkkir İmadəddin Nəsiminin fəlsəfi düşüncələri, onun təsir dalğalarının Orta Asiyadan Qafqaza, Anadoludan ərəb ölkələrinə qədər yayılması diqqətə çatdırılıb. Natiqlər öz dövrünün ensiklopedik şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlunun, Mustafa Kamal Atatürkün türk xalqlarının mədəni irsi və dünya tarixində rollarından söz açıblar. Böyük Çöl və İpək Yolunun hər birinin qloballaşma, eləcə də mədəniyyət transformasiyasının reallaşması üçün məhsuldar bir mühit yaratmasından danışıblar.

Forumun panel müzakirələrində ABŞ, Fransa, Rusiya, Böyük Britaniya, Niderland, Türkiyə, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan universitetlərinin tədqiqatçıları Böyük Çölün əhatə etdiyi türkdilli xalqların tarixi, mədəniyyəti, dünya mədəniyyət xəzinəsinə töhfələri ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində təşkil olunmuş üç paneldə türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələr elmi cəhətdən müzakirə edilib, müzakirələr zamanı “Türk tarixi” xəritəsi təqdim olunub.

XƏBƏRLƏR

19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib