Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
808

UNESCO jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsi ölkəmizə həsr olunub

UNESCO-nun “Dünya irsi” jurnalının “Dünya irsi Azərbaycanda” adlı 92 nömrəli xüsusi buraxılışı işıq üzü görüb. Jurnalın bu nömrəsi Bakıda təşkil ediləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində ölkəmizin qurumun irsi siyahısına daxil edilmiş 13 nominasiyadan, eləcə də ölkəmizin görməli yerlərindən bəhs olunur.

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin, eləcə də Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin müraciətləri yer alıb. Onlar Azərbaycanın coğrafiyasından, multikultural ölkə olmasından, UNESCO ilə sıx əlaqələrindən bəhs ediblər. Ölkəmizin Dünya İrs Komitəsinə üzvlüyü dövründə sıx əməkdaşlığı, zəngin fəaliyyəti haqqında məlumat veriblər. Jurnalın oxucuları ölkəmizin qurumun irs siyahısına daxil olan nominasiyalarına dair ətraflı məlumatlandırılıblar. Azərbaycanın mədəni müxtəliflik sahəsinə verdiyi töhfələrdən danışılıb. Müraciətin sonunda jurnalın bu nüsxəsinin insanları ölkəmizin tarixi və mədəni zənginliyi ilə tanış olmaq üçün ilhamlandıracağı qeyd olunub.

“Dünya irsi Azərbaycanda” jurnalında Mədəniyyət naziri Əbülfəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da oxuculara xüsusi müraciətləri dərc olunub. Müraciətlərdə ölkəmizin coğrafiyası, tarixi, mədəniyyət zənginliyindən söz açılıb.

Jurnalda ölkəmizin UNESCO irs siyahısına daxil edilmiş tarixi və mədəniyyət nominasiyaları haqqında ətraflı məqalələr dərc olunub. İrsin qorunub saxlanması istiqamətində görülmüş tədbirlərdən və bu sahədə ölkəmizin uğurlarından yazılıb.

Qeyd edək ki, jurnal Bakıda təşkil ediləcək UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən gəlmiş 3 min iştirakçıya paylanacaq.

XƏBƏRLƏR

28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi