Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3237

UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub

Aprelin 13-də Bakıda "Dolma hazırlama və paylaşma ənənəsi” və “Kamança hazırlanması və ifaçılıq sənəti” nominasiyalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən sertifikatların təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət xadimləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etdiyi qurumun adından Prezident İlham Əliyevi yenidən ölkə başçısı seçilməyi münasibətilə təbrik edib.

Kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən danışan S.Məmmədəliyeva deyib ki, bu ötən ilin ən mühüm hadisələrindən biri olub. Buna görə də UNESCO-nun müvafiq siyahısına daxil edilən mədəni irs nümunələrinin sayına görə ölkəmiz lider ölkələr sırasındadır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində qədim və zəngin Azərbaycan mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq ümumdünya mədəniyyətinin və irsinin bir parçası kimi təsdiqini tapıb.

UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda kamança hazırlanması və ifaçılıq sənətindən başqa, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

“Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsi ilə də sıx əməkdaşlıq edir. Hazırda İçərişəhər və Şirvanşahlar Kompleksi, eyni zamanda, Qobustan bədii qoruğu Ümumdünya İrs Siyahısındadır. İnanırıq ki, növbəti il Şəki və onun tarixi ərazisi də bu siyahıya əlavə edilməklə xalqımızın maddi mədəni irs nümunələrinin də beynəlxalq səviyyədə tanınmasına əlavə töhfə olacaqdır”,-deyə Sevda Məmmədəliyeva vurğulayıb.

Nazir müavini deyib ki, əslində, mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması uzun bir mübarizə yoludur. Çünki Ermənistan torpaqlarımızı işğal etməklə kifayətlənməyərək mədəniyyətimizə və tariximizə qarşı saxtalaşdırma, mənimsəmə kampaniyası aparır. Ona görə də UNESCO tərəfindən mədəni irs nümunələrimizin tanınması olduqca vacibdir.

S.Məmmədəliyeva deyib: “Dolma hazırlama və paylaşma ənənəsi” milli element kimi, “Kamança hazırlanması və ifaçılıq sənəti” çoxmillətli mədəni irs nümunəsi kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahında yer alması məsuliyyət və öhdəliyimizi daha da artırır. Artıq bu elementlər dünya mədəniyyətinin bir parçası kimi beynəlxalq səviyyədə tanınmışdır. Bu məqsədlə nazirlik tərəfindən silsilə tədbirlər və layihələr həyata keçiriləcəkdir”.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək deyib ki, xalqımız aprelin 11-də keçirilən prezident seçkilərində bir daha öz iradəsini ortaya qoyaraq Azərbaycanın parlaq gələcəyi naminə seçimini etdi. O, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Ölkəmizin dünyada artan nüfuzundan danışan E.Sultanov Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyini vurğulayıb.

Qeyd edilib ki, ölkəmiz 25 ildir ki, UNESCO ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da inkişaf etməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır. Azərbaycanın 13 mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Koreya Respublikasının Jeju adasında keçirilən 12-ci sessiyasında reallaşıb. Sessiya zamanı ölkəmizin İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun müvafiq siyahısına daxil edilib.

“Mehriban xanım Əliyevanın mədəni irsimizə diqqət və qayğısı nəticəsində Azərbaycan süfrəsinin bəzəyi olan dolmanın xalqımızın qədim və milli mədəni kimliyinin göstəricisi kimi tanıdılması və bu nominasiyadan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi məqsədilə UNESCO-da səmərəli işlər aparılması qürur doğuran nəticəyə gətirib çıxarıb. Azərbaycan xalqının ən qədim mədəni irsinin nümunələrindən biri olan kamança İran İslam Respublikası ilə birgə çoxmillətli nominasiya kimi UNESCO-nun siyahısına daxil edilib. Ölkəmizin qədim və zəngin mədəniyyətinin dünyada tanıdılması üçün qarşıda duran işlər çoxdur. UNESCO üzrə Azərbaycan Milli Komissiyası olaraq bu istiqamətdə ölkəmizin aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq edirik. Ümid edirəm birgə səylər nəticəsində yeni nailiyyətlərimiz çox olacaq”, -deyə E.Sultanov söyləyib.

Sonra Azərbaycan tərəfinin təqdim etdiyi “Mədəni kimliyin göstəricisi, dolmanın bişirilməsi və paylaşılması ənənəsi” adlı nominasiyanın, həmçinin Azərbaycanın İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança, simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” adlı nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən, UNESCO-nun Baş direktoru xanım Odri Azuley tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyev çıxış edərək bu hadisəni yüksək qiymətləndiriblər.

Tədbirdə kamança ifaçıları tərəfindən xalq musiqiləri ifa edilib, eyni zamanda, “Azərbaycan Milli Kulinariya Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən patenti alınan “Bakı ağ şanı dolması”, “Abşeron zeytun dolması”, “Salyan balıq dolması”, “Ordubad gupa dolması”, “Kəngərli qıra dolması”, “Quba alma dolması”, “Qəbələ qoz dolması”, “Qax quru dolma”, “İsmayıllı pip dolması”, “Lənkəran limon dolması” hazırlanaraq qonaqlara təqdim edilib.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel