Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
555

UNESCO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib

Parisdə UNESCO-nun baş qərargahında Bakıda təşkil ediləcək qurumun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda yerli və müxtəlif ölkələrin jurnalistləri iştirak edib.

Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Bakıda keçiriləcək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq sənədlər, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklərdən danışıb. UNESCO Dünya İrs Komitəsinin 21 üzv dövlətdən ibarət olduğunu bildirib. O, Komitənin üzvləri və roluna dair məlumat verib. Bildirib ki, Bakı sessiyasında Dünya irsi siyahısına daxil edilən 166 mədəni irsin saxlanması vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək.

Jurnalistlərin mədəni irsin qorunub saxlanmasına, iqlim dəyişikliyinin irs sərvətlərinə təsirinə, Paris Məryəm Ana kilsəsinə, yoxa çıxma təhlükəsi ilə üzləşən qədimi liman şəhərlərinə, eləcə də Bakı sessiyasına dair suallarını cavablandırılıb.

M. Rossler Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən seçilmiş 36 təqdimatın nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın da təklifi daxil olan 36 təqdimatdan 6-nın təbiət, 28-nin mədəniyyət və 2-nin qarışıq (yəni həm təbiət, həm də mədəniyyətə aid) olduğunu qeyd edib.

Qeyd edək ki, bu il ölkəmiz Şəki xan sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

Mətbuat konfransında dünya irs mərkəzinin kommunikasiya nümayəndəsi Gina Doubleday “Dünya irsi” jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsini jurnalistlərə paylayıb.

Jurnalın üz qabığında Qobustanın qayaüstü rəsmləri əks olunub.

“Dünya irsi Azərbaycanda” jurnalında UNESCO-nun baş direktoru Odri Azuleyin, Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin, mədəniyyət naziri Əbülfəs Qarayevin xüsusi ismarıçları, ölkəmizin dünya irsi siyahısına daxil edilmiş sərvətləri, tarix və müasirliyi özündə birləşdirən Bakı şəhəri, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumatlar verilib.

Xatırladaq ki, Bakı sessiyasına dünyanın müxtəlif ölkələrindən gələcək 3000 nümayəndənin iştirak edəcəyi gözlənilir.

XƏBƏRLƏR

19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq