11.07.2018 12:27
Şuşa Dövlət Musiqili Dram Teatrı 144-cü Teatr Mövsümünü, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası ilə bağlayacaqdır.
Tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar Artisti Loğman Kərimovdur.
Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov, Əməkdar Artistlər Teymur Məmmədov və Azad Məmmədov ifa edirlər.
Teatr Mövsümünün bağlanışı iyul ayının 12-də saat 18:00-da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzidə (Ünvan: H.Əliyev prospekti, 92a) olacaqdır.