22.05.2019 11:04
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin yaranmasının 60 illiyinə həsr olunmuş konsert keçirilib.
Əvvəlcə təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verilib, videoçarx nümayiş etdirilib.
Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri məharətlə səsləndirilib.
Sonda Baş İdarənin rəisi Cəlil Məlikov çıxış edərək əlamətdar gün münasibətilə şagird və müəllim kollektivini təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib.