Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4017

Ustad aşıq Ədalət Nəsibovun 80 illiyinə həsr olunan gecə keçirildi

Martın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsibovun (1939-2017) 80 illiyinə həsr olunan “Sazın Ədaləti” adlı yubiley gecəsi keçirildi.

Tədbiri Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, bu gün böyük ustadın, əfsanəvi bir sənətkarın 80 illik yubileyinə yığışmışıq: “Bu yubileylə bağlı sənətkarla hələ sağlığında söhbət etmişdik. O, belə bir şərt kəsmişdi ki, 80 illik yubileyi keçirərik. Ancaq yubileyin aparıcısı sən olarsan. Mən də razılaşdım. Bu gün mən gəlmişəm, öz yerimdəyəm. Amma Ədalət Nəsibov aramızda yoxdur. O, verdiyi vədi gözləmədən dünyasını dəyişdi və haqq dünyasına qovuşdu”.

Qeyd olundu ki, Aşıq Ədalət Qazax rayonunda dünyaya göz açıb. Ancaq onun kökləri Göyçə ellərinə, Dədə Ələsgər ocağına bağlı idi: “Ruhunda Qazaxın ənənəvi saz-söz aləmini, o bir tərəfdə isə Göyçənin ruhunu gəzdirirdi. Allahın verdiyi istedad onu zaman içərisində ayrı bir vətən tutmağa yönəltdi. Bu gün biz deyə bilmərik Ədalət Nəsibov Qazaxın, Göyçənin, Gəncənin və Azərbaycanın Ədalətidir. O, sazın Ədalətidir. Dədə Qorqudun qopuzu olduğu kimi... Sazın sirri, sözü nə idisə, onu daşıyan bir sənətkar idi. Yaxşı xatırlayıram, ustadla 1979-cu ildə görüşdük. O zaman onun 40 yaşı vardı. Amma 50-60 yaşında bir müdriki xatırladırdı. Özünü ağır tutmasında, danışığında xoş təsir bağışlayırdı. Elə hiss edirdin ki, o, elə indicə Dədə Qorqudun yanında olub. Onun sirr və sehrini daşıyıb özü ilə gətirib. O, zəngin bir repertuara malik idi. Sazı bağrına basanda başqa bir aləm yaranırdı. İfaları ilə başdan-başa “Yanıq Kərəmi” olurdu. Çünki sənət aləminə “Yanıq Kərəmi” ilə gəlmişdi...”.

Məhərrəm Qasımlı sənətkarın repertuarının vaxtında yazıya alınmadığını təəssüflə qeyd etdi: “Hələ sağ ikən ona təklif etdim ki, gəl sənin bütün ifalarını lentə köçürək. Bildirdi ki, artıq gecdir. Bunu on il qabaq etmək olardı. İndi barmaqlarım o çeviklikdə deyil... İndi Ədalət Nəsibovdan 30-a yaxın saz havası qalıb. Aşıqlar Birliyinə gənc aşıqlar gəlir. Soruşuram müəllimin, ustadın kim olub. Deyir ki, Aşıq Ədalət. Onun ifalarını dinləyir və öyrənirəm. Onu özümə ustad sayıram. Bu o deməkdir ki, Ədalət Nəsibov ayrıca bir məktəbdir. Onun əməyi yüksək  qiymətləndirildi, Əməkdar incəsənət xadimi adına layiq görüldü, Prezident təqaüdü verildi. Fəxr ediləsi haldır ki, sənətinin səsi Azərbaycanın hüdudlarını aşaraq Şərq və Avropa ölkələrinə yayıldı. Onun ruhu qarşısında baş əyirik. Ruhu şad olsun”.

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Mahmud Məmmədov çıxışında qeyd etdi ki, biri var ustada xidmət edir və ondan dərs alırsan. Biri də var ki, dünyaya sənətkar gəlirsən. Aşıq Ədalət dünyaya sənətkar gəlmişdi. O, ecazkar solo-saz ifaları və özünəməxsus oxu tərzi ilə yaddaşlarda əbədiləşib. 50-dən çox dastanı, onlarla aşıq şeirini sinəsində dəftər etmişdi. Görkəmli sənətkar sazı nə qədər gözəl çalırdısa, şeiri də o qədər gözəl oxuyurdu.

Xalq şairi Nəriman Həsənzadə çıxışında daha çox sənətkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Ədalət Nəsibov mahir ifası ilə dinləyiciyə sevinc bəxş edirdi. Hara gedirdisə, camaat ətrafını sarır, onunla təmasda olmaq istəyirdilər. O, XX əsrin böyük sənətkarı idi. Xalq şairi daha sonra saza həsr etdiyi şeirini oxudu.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Ədalət Nəsibov sənətinin özəlliklərindən danışdı.  Çıxışlardan sonra bədii hissəyə keçildi. “Çeşmə” folklor qrupunun ifasında “Orta şəşəngi”, əməkdar mədəniyyət işçiləri Ədalət Dəlidağlı, Neymət Qasımlı, Əhliman Şirvanlı, Samirə Əliyeva “Yanıq Kərəmi”, “Orta sarıtel”, “Şirvan müxəmməsi”, “Təxmis”, Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, İlham Aslanbəyli, Ramin Qarayev, Səlim Göycəli, Əli Tapdıqoğlu, Roman Azaflı, Əli Pənahoğlu, Şirin Şahbuzlu, Əfsanə Kərimli, Ruhiyyə Zəngilanlı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlının ifasında “Göyçəgülü”, “Yanıq Kərəmi”, “Koroğlu dübeyti”, “Orta sarıtel”, “Şirvan müxəmməsi”, “Təxmis”, Kərəm dübeyti”, “Mirzəcanı”, “Döymə Kərəmi”, “Cəlili”, “Aran gözəlləməsi”, “Osmanlı divanisi”, “Gözəlləmə”, “Naxçıvanı”, gənc solo saz ifaçıları Elvin Axundov, Cavanşir Quliyev, Xətayi Kərimov, Şəhriyar Laçın, Fazil Ziyadxanoğlu “Ruhani” havasını ifa etdilər.  Çıxışlar alqışlarla qarşılandı.

Sonda görkəmli sənətkarın oğlu Hekayət Nəsibov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel