Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4584

Valideyn himayəsindən məhrum olan uşaqlar üçün yeni layihə Gəncədə davam etdirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilən “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin icrasına iyul ayının 15-dən başlanılıb. 
Təşkilatın sədri Lamiyə İsazadə qeyd edib ki, cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, onların 18 yaşdan sonrakı həyatları bizləri daha çox narahat edir. Uşaq evində yaşayan uşaqların çox az hissəsi ali məktəblərə qəbul olub ali təhsil alır, öz həyatlarını siğortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik.

Hal-hazırda icra etdiyimiz “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin əsas məqsədi Gəncə şəhərində, valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlara Gəncə Gənclər Evində 3 aylıq  dekorativ-tətbiqi sənət kursu təşkil olunubdur.  Bu sənətə aiddir bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə sənəti (naxışların salınması) və s. 3 aylıq kursun yekununda uşaqların əl işlərinin sərgisi Gəncə və Bakı şəhərlərində keçiriləcəkdir.

 Uşaqlar kursa çox böyük həvəslə gəlib, sənət öyrənməyə çalışırlar. Onlara çox istedadlı, bacarıqlı, Gəncə Gənclər Evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmova dərs keçir. Fürsətdən istifadə edib Gəncə şəhər Gənclər Evinin rəhbəri Amil Qurbanova uşaqlara göstərdiyi diqqət və qayğıya görə, təmənnasız yaratdığı şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk. Və biz inanırıq ki, bu layihədən sonra uşaqlar bir daha əmin olacaqlar ki, onlar tək deyillər. Dövlətimiz, cəmiyyətimiz onlara nə qədər dəyər verir. O zaman onlar özlərini atılmış deyil, cəmiyyətimiz üçün nə qədər gərəkli, dəyərli olduqlarını dərk edəcəklər.    

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb