Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
936

VI Bakı Beynəlxalq Humanitar Forumunun təşkili məsələləri müzakirə olundu

Ölkəmiz bu günlərdə dünya miqyaslı daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Oktyabrın 22-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Forumla bağlı həyata keçiriləcək təşkilati işlər müzakirə olundu.

İşçi iclasda mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov, Sevda Məmmədəliyeva, nazirliyin aidiyyəti üzrə əməkdaşları və digər dövlət orqanlarının nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəsinin olduğunu vurğuladı. Qeyd etdi ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirildiyi bir vaxtda ölkəmizdə bir neçə digər böyük tədbirlər də keçiriləcək. Bildirildi ki, Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Nazir vurğuladı ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkəni və 24 mötəbər beynəlxalq təşkilatı təmsil edən qonaqların iştirakı nəzərdə tutulur. Forumda həmçinin 160 nəfərdən çox yüksək səviyyəli qonaq iştirak edəcək.

Əbülfəs Qarayev beynəlxalq tədbirin təşkili ilə bağlı danışaraq bildirdi ki, Forumun keçirilməsi işində iştirak edən hər bir dövlət orqanı öz hazırlıqlarını yekunlaşdırıb: “Artıq xarici ölkələrdən qonaqlarımız gəlməyə başlayıb. Bu işçi iclası keçirməyimizdə əsas məqsəd də qonaqların yerləşdirilməsindən tutmuş, tədbirlərdə iştirakını yüksək səviyyədə təmin etmək üçün qarşımızda duran məsələləri müzakirə etməkdir. Hər bir şəxs üzərinə düşən tapşırıqları layiqincə həyata keçirməlidir”.

İclasda həmçinin Forum iştirakçılarının asudə vaxtlarının təşkili, mədəni proqramlarda iştirakı, Bakı şəhəri ilə tanışlıq kimi məsələlərə də toxunuldu. Ölkəmizin bu günə qədər çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan nazir bu Forumun da yüksək səviyyədə keçiriləcəyinə əminliyini dilə gətirdi.

Sonda Əbülfəs Qarayev VI Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

XƏBƏRLƏR

19.11.2018 15:32
Musiqi məktəbinin şagirdi New-Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib
19.11.2018 14:42
Fəxri xiyabanda dahi şəxsiyyətin məzarı ziyarət olunacaqdır
19.11.2018 14:03
“Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı keçirilib
19.11.2018 13:59
Dövlət Xidmətinin rəisi “Əli və Nino” romanının müəllifi Məhəmməd Əsəd bəyin məzarını ziyarət edib
19.11.2018 11:48
Ölkəmiz XXI “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda iştirak edib
19.11.2018 10:53
“Əlillərə dəstək” - Respublika Gənclər Kitabxanasında keçirilən növbəti tədbir belə adlanır
19.11.2018 10:35
“Cəhənnəm sakinləri” Şamaxıda oynanılacaq
19.11.2018 10:16
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb
17.11.2018 15:42
Mədəniyyət naziri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17.11.2018 14:51
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edir
17.11.2018 14:03
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi ilə arasında əlaqələr möhkəmlənir
17.11.2018 14:03
VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində “Mədəniyyət və gənclik” mövzusunda konfrans keçirilib
16.11.2018 18:11
VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Bəyanat imzalanıb
16.11.2018 17:02
Ölkəmiz Çin Xalq Respublikasında beynəlxalq mədəni sənaye yarmarkasında təmsil olunur
16.11.2018 14:52
Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında
16.11.2018 14:43
Milli Kitabxanada “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir
16.11.2018 14:41
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm konsert keçirilmişdir
16.11.2018 14:38
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tədbir
16.11.2018 12:06
Respublika Gənclər Kitabxanası tərəfindən “Azərbaycanın Milli Dirçəliş yolu” mövzusunda tədbir keçirildi
16.11.2018 12:05
Bərdə Regional Mədəniyyət İdarəsi konsert proqramı ilə çıxış edib
16.11.2018 11:38
Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilmişdir
16.11.2018 09:33
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018 09:03
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.11.2018 18:10
VII Beynəlxalq Mədəni Forum çərçivəsində Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüş keçirildi
15.11.2018 18:06
Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15.11.2018 15:57
Musiqili Teatrda bu həftə
15.11.2018 15:38
Ölkəmiz növbəti beynəlxalq teatr forumunda iştirak edəcək
15.11.2018 15:20
Xorvatiyada keçirilən “Zeytun ağacları mədəni marşrutu” layihəsində ölkəmiz təmsil olunur
15.11.2018 13:30
Portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək
15.11.2018 10:47
Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda uğurla təmsil edib
15.11.2018 10:11
Biləsuvarda mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir
15.11.2018 09:47
Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb
15.11.2018 09:42
Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub