Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1364

Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi başladı

İyunun 4-də Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi işə başladı. Ənənəvi müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilir.

Əvvəlcə müsabiqə təşkilatçıları, münsiflər heyətinin üzvləri, fəxri qonaqlar  və iştirakçılar, musiqi ictimaiyyətinin nümayəndələri paytaxtın Bülbül prospektində Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli ifaçı, SSRİ Xalq artisti, professor Bülbülün abidəsini ziyarət etdilər.

Görkəmli müğənninin oğlu, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu qonaqlara bu abidənin tarixindən, ölkəmizdə sənət adamlarına və onların xatirəsinə göstərilən ehtiramdan söz açdı.

Abidənin önünə gül dəstələri qoyduqdan sonra tədbir iştirakçıları müsabiqənin keçirildiyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına yollandılar.

Filarmoniyada keçirilən açılış mərasimində əvvəlcə mədəniyyət naziri Əbülfəs Qarayev və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu səhnəyə çıxdılar.

Nazir çıxışının əvvəlində qeyd etdi ki, artıq 7-ci dəfədir ki, Azərbaycanda beynəlxalq vokal müsabiqəsi keçirilir: “Mən çox şadam ki, müsabiqənin təməli qoyulandan indiyədək keçən illər ərzində bu sənət yarışında uğur qazanmış gənc vokalçılar bu gün Rusiya Böyük Teatrından Nyu-Yorkdakı “Metropoliten-opera”yadək dünyanın ən böyük opera səhnələrində çıxış edirlər. Bu müsabiqə gənc vokalçılar üçün sənət aləminə yaxşı tramplin sayıla bilər. Mən əminəm ki, münsiflər heyəti onadək ölkəni təmsil edən gənc vokalçıların məharətini ədalətlə qiymətləndirəcək, iştirakçılar isə həm münsiflərin qərarından, həm də qonaqpərvərliyi ilə məşhurlaşmış Bakıdan məmnun qalacaqlar”.

Nazir diqqətə çatdırdı ki, builki müsabiqə "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq keçirilir və yubileyin qeyd edildiyi günlərə təsadüf edir. Müxtəlif ölkələrin vokal məktəbləri təmsilçilərinin bu tədbirlərdə iştirakı isə yubileyə beynəlxalq status bəxş edir.

Sonra çıxış edən Polad Bülbüloğlu bildirdi ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən bu beynəlxalq müsabiqənin təməli qoyulub. Müsabiqənin keçirilməsində Mədəniyyət Nazirliyinin rolunu qeyd edən P.Bülbüloğlu indiyədək keçirilmiş müsabiqələrin tarixi barədə məlumat verdi. O, həmçinin ardıcıl olaraq münsiflər heyətinə başçılıq etmiş İrina Arxipova, Yevgeni Nesterenko kimi dünya şöhrətli vokalçıların əməyini xüsusi vurğuladı.

Artıq ikinci dəfə Bülbül adına müsabiqənin münsiflərinə sədrlik edən Rusiya Federasiyasının Xalq artisti Sergey Leyferkus isə çıxışında gənc iddiaçılara uğurlar arzuladı.

Sonra müsabiqənin I turun dinləmələrinə start verildi. Xatırladaq ki, müsabiqənin  ilk turunda 10 ölkəni təmsil edən 79 vokalçı çıxış edir. Turun dinləmələri iyunun 4-də axşamadək davam edəcək.

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib