Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub.
Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət daşıyır. “Nizami Gəncəvi ili” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlərlə qeyd olunur.
Oktyabrın 1-də dahi şairin 880 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında ağacəkmə aksiyası təşkil olunacaq. Aksiyada 880 ədəd şam ağacı əkiləcəkdir.