Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1578

“Baku Guide” bələdçi kataloqunun növbəti sayı çapdan çıxıb

“Baku Guide” bələdçi kataloqunun yeni il üçün ilk sayı çapdan çıxıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis və rus dillərində nəşr olunan kataloqun 2018-ci il yanvar buraxılışı da müxtəlif zövqə malik səyahət həvəskarlarının ürəyincə olacaq informasiyalarla zəngindir. Kataloqda “Sənət və mədəniyyət”, “İnfo-bələdçi”, “Mədəni irs və tarixi məkanlar”, “Əyləncə”, “Şopinq” və digər başlıqlarda olan məlumatlar paytaxtımıza təşrif buyuran qonaqlara, eləcə də ölkə vətəndaşlarına istirahətlərini rahat və gözəl şəkildə təşkil etməkdə yardımçı olacaq.

Bələdçinin “Bakını tanı” bölməsində “Salam Bakı”, “Paytaxtdakı möcüzələr”, “Muğam – damarda axan qan kimi”, “Odlar ölkəsinin qış nağılı”, “Paytaxtın qış menyusu”, “Milli geyimlər” adlı məqalələr ilk səhifədən ölkənin mədəni mənzərəsini seyr etmək imkanı yardır.

“Sənət və mədəniyyət”  bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir. Yeni il tətilini Azərbaycan paytaxtında keçirmək istəyənlər bayram əhvallarına rəng qatmaq üçün mədəniyyət müəssisələri – teatrlar, muzeylər, qalereyalar, konsert salonları haqqında məlumatlarla tanış ola bilərlər. Bu məlumatlar sübut edir ki, paytaxtımıza gələn hər bir səyahətçini maraqlı istirahət və əyləncə gözləyir.

“Yemək və içkilər” bölməsində düşbərədən xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında dadlı məlumat verilir. Həmçinin milli mətbəximizin sevilən dadı dolmanın 2017-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına Azərbaycan ənənəsi kimi daxil olması haqqında məlumat dərc edilib. Bakının çay mədəniyyəti, simvola çevrilən armudu stəkan, milli şirniyyatlar haqqında da eyni bölmədə məlumat almaq mümkündür.

Paytaxtımıza uşaqları ilə gəlmək istəyən qonaqlar “Bakı ən balacalar üçün” başlıqlı yazını diqqətlə oxuya bilərlər. Paytaxtda uşaqların əyləncə məkanları, onların sevincinə sevinc qatacaq oyunlar və daha nələr lakonik şəkildə oxucuya təqdim edilir. Minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ  və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə, Azərbaycanın milli geyimləri haqqında məlumat əldə edə və təbii ki, şəhərimizdən bir də xoş xatirəli hədiyyə ilə getmək istəyirsinizsə, “Turist Bakıda nə ala bilər” yazısını oxuya bilərsiniz.

Ənənəvi olaraq “Baku Guide” bələdçisinin bu sayında da paytaxtın teatr və konsert müəssisələrinin aylıq repertuarı, yanvar ayında gözlənilən əlamətdar mədəniyyət tədbirlərinin afişası, kino nümayişi mərkəzləri haqqında məlumatlar yer alıb.

Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır. Kataloqda son illər ölkədə qış turizminin populyar ünvanı olan Qusar rayonundakı Şahdağ Turizm Mərkəzi haqqında məlumat, Odlar yurdunda qış istirahəti imkanları barədə ətraflı informasiya verilir.

Kataloqun bu sayında həmçinin turistlər üçün maraq kəsb edən “ASAN Viza” xidməti, hotellər, şəhərdəki məşhur restoran və kafelər, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da oxuculara bələdçilik edir. Bu məlumatlara turistlər üçün zəruri bilgilər, turizm informasiya mərkəzlərinin, paytaxtımızdakı xarici ölkə səfirliklərinin və s. ünvan və telefonları da əlavə olunur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi