Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1811

Xaçmaz Regional Mədəniyyət İdarəsinin ilin ilk Şura iclası keçirildi

4 yanvar 2019-cu il tarixində Xaçmaz Tarix diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2019-ci ilə daha çevik,enerjili və məsuliyyətli başlamaq məqsədilə geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri,  regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir. İlk öncə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş Elxan Məhərrəmov iclas iştirakçılarına təqdim edildi. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev 2019-cu ilin regionun mədəni mühiti üçün önəmli bir il olacağını bildirdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı verdiyi Sərəncam və Fərmanlar, bu sahədə aparılan dövlət siyasəti, Mədəniyyət Nazirlyinin əmr və göstərişlərinə uyğun olaraq mədəniyyət müəssisələri öz işini daha yüksək səviyyədə, daha məsuliyyətli, ciddi əmək intizamına riayət etməklə, müasir, beynəlxalq standartlara uyğun qurmalıdır. İclasda Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2019-cu il üçün Şura tərkibi razılaşdırıldı. Daha sonra İdarənin Qusar rayonu üzrə nümayəndəsi D.İbramxəlilovun, Şabran rayonu üzrə nümayəndəsi Ə.Səmədovun, Siyəzən rayonu üzrə nümayəndəsi Z.Qədirlinin rayonlar üzrə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə çıxışları dinlənildi.Quba Heydər Əliyev Mərkəzinin direktoru E.Orucova, Qusar Heydər Əliyev Mərkəzinin direktoru N.Abdurrəhmanova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru K.Əsgərova, Şabran Heydər Əliyev Mərkəzinin direktoru T.Əliyev, Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru R.Seyidova, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru P.Mehdiyeva, Quba Tarix Diyarşünaslıq muzeyinin direktoru M.Hacıyeva, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru A.Əlisultanov, B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru R.Ramazanov 2019-cu ildə görüləcək işlər barədə məlumat verdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi