Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində YAP Xaçmaz rayon təşkilatı və Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “ Müstəqillik Qurtuluşdan başlayır” mövzusunda tədbir keçirilmişdir.
Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı maarifləndirici tədbir keçirildi.
Yap Qusar rayon təşkilatı və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibətilə "Qurtuluşdan başlayan tərəqqi" adlı tədbir keçirilmişdir.
Şabran rayon Tarix Diyarşünaslıq Muzeyində “Milli Qurtuluş Günü” ilə əlaqədar "Tarixə Ehtiram Gələcəyə İnam" adlı tədbir keçirilmişdir.
Siyəzən Rayon Heydər Əliyev Mərkəzi və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluşdan İntibaha” mövzusunda marifləndirici tədbiri keçirilmişdir.
Keçirilən tədbirlərdə qurtuluşa qədər və qurtuluşdan sonrakı dövrlər haqqında geniş məlumat verilmiş, 15 iyun 1993-cü il tarixindən sonrakı dövrdə ölkəmizin inkişafı və əldə edilən naliyyətlər haqqında ətraflı məlumatlar verilmişdir.