Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2519

Xaçmaz Tarix-Diyarşünaşlıq muzeyində "Vətən Naminə" adlı tədbir keçirilib

11 aprel 2019-cu il tarixində Xaçmaz-Tarix Diyarşünaşlıq muzeyində Aprel döyüşlərinə və Vətən uğrunda həlak olmuş Şəhidlərimizin xatirəsinə həsr olunmuş "Vətən Naminə" adlı tədbir keçirildi.

Tədbirdə, Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, məktəblilər, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz şöbəsinin nümayəndəsi Rəqib Eyvazov və digər müəssisələrin nümayəndələri iştirak edirdilər. Tədbirdə şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyi qeyd olunub. Bildirilib ki, Aprel döyüşləri zamanı siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini göstərmişdir. Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoymuşdur.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov, Qarabağ Veteranları və Əlilləri İctimai cəmiyyətinin Xaçmaz Komitəsinin sədri Şövlət Dadaşzadə, Şəhid Elvin Mirzəyevin valideynləri, "Şahinlər" hərbi komandasının rəhbəri, Gödəkli kənd orta məktəbinin müəllimi Elnur Saidov və muzeyin direktoru Pakizə Mehdiyeva mövzu ilə bağlı çıxış etdilər.

Tədbir məktəblilərin səsləndirdiyi şeir və mahnılarla davam etdi. Zona yarışlarında birinci yerə layiq görülmüş "Şahinlər" komandasının hərbi təlimi və tədbirin bağlanışı olan hərbi paradı iştirakçıların böyük marağına səbəb oldu.

Tədbirdən sonra qonaqlarla birgə Xaçmaz rayonundan olan Şəhid Elvin Azadxan oğlu Mirzəyevin qəbri ziyarət olundu.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi