03.12.2018 04:15
3 dekabr 2018- ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində "Beynəlxalq Əlillər günü" nə həsr olunmuş "Mənim yaşamaq həvəsim" adlı tədbir keçirilmişdir
. Xaçmaz Heydər Əliyev Mərkəzinin və Xaçmaz İcma Əsaslı Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir Reabilitasiya Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxışla başlandı. Sonra məktəbin aktiv, fiziki qüsurlu şagirdlərinin və həmçinin Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında rəqs nömrələri tamaşaçılara təqdim olundu.Sonda Xaçmax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının hazırladığı "Qırmızıpapağın yeni sərgüzəştləri" adlı uşaq tamaşası balacalarımızın ürəyincə oldu.